İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Fələstin bayrağının ictimai yerlərdə nümayişini qadağan edib və ərəb deputatların fələstinli məhbusları ziyarət etməsinə məhdudiyyətlər qoyub.
Elchi.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İfrat sağçı nazir Ben-Qvir Fələstin bayrağının ictimai yerlərdə nümayişini qadağan edib.
Mövzu ilə bağlı polisə təlimat verdiyini açıqlayan Ben-Gvir sosial media hesabından etdiyi paylaşımda “Terrora və onun təhrikinə qarşı var gücümüzlə mübarizə aparacağıq”,-deyə qeyd edib.
İsrail naziri həmçinin İsrail parlamentindəki ərəb deputatların fələstinli məhbusları ziyarət etməsini məhdudlaşdırır. İsrailin KAN İctimai Yayım Təşkilatının xəbərinə görə, o, qərarı Assambleyanın sədri Əmir Ohanaya çatdırıb. Nazir əsas kimi göstərib ki, parlament üzvlərinin məhbuslarla görüşü terror təbliğatının qızışdırılmasına və dəstəklənməsinə səbəb ola bilər.
Yeganə