"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

İsrail nəşri “David Seliverstov”dan, Əbilovun “Ajmedia” fırıldağından yazdı — Təfərrüat

02 Sentyabr 2026 - 12:24
in CƏMİYYƏT
FacebookVatsap

Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Media İnkişafı Agentliyi kəskin və qeyri-adi xəbərdarlıqla çıxış edib.

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

“Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları özlərini ölkədəki müxtəlif icmaların maraqlarını təmsil edən kütləvi informasiya vasitəsi kimi qələmə verməyə cəhd göstərirlər”, – deyə bəyanatda bildirilib.

“Özünü “Azərbaycan Yəhudi Media Mərkəzi” və yəhudi mənşəli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış xəbər portalı kimi təqdim edən “Ajmedia.news” veb-saytı dərc etdiyi materiallarda media etikası tələblərinə cavab vermir və “Media Reyestri” informasiya sistemində yer almayıb… Həmin resursla bağlı müvafiq qərar qəbul edilib, “Media haqqında” Qanunun tələblərini pozduğuna görə onun fəaliyyəti qanunsuz hesab edilib”, – deyə Agentlik məlumat verib.

Elchi.az musavat.com-a istinadla xəbər verir ki, İsrailin “İsraLife” saytı Azərbaycanda baş verən bu məsələ ilə bağlı məqalə yayıb.

Sayt yazır ki, bu məsələ sadəcə qeydiyyat rəsmiyyətlərinin pozulmasından çox daha genişdir. Məsələ onun sahibinin özünü necə aparmasındadır. Saytın fəaliyyətinin nə üçün Azərbaycanın yəhudi icmalarında da bu qədər narazılıq doğurduğunu anlamaq üçün məsələnin tarixçəsinə bir qədər dərinləməsinə nəzər salmaq lazımdır.

Ajmedia.news saytı 2020-ci ildə “Azərbaycan Yəhudi Media Mərkəzi”nin təşəbbüsü ilə yaradılıb. Bu Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) elə həmin il Sumqayıtda qeydiyyata alınıb.

Nizamnamə kapitalı cəmi 10 manatdır (təxminən 6 ABŞ dolları). Şirkəti və saytı Nəsimi Novruz oğlu Əbilov adlı şəxs təsis edib.

İsrail hüdudlarından kənarda onun fəaliyyəti haqqında az şey məlumdur. Lakin Azərbaycan saytlarında və sosial şəbəkələrdə o, sanki Azərbaycan yəhudilərinin rəhbəri kimi təqdim olunur. Bu təəssürat onun özü tərəfindən süni şəkildə yaradılır: o, müsahibələr verir, burada bütün yəhudi xalqının əhval-ruhiyyəsindən danışır, ümumilikdə Azərbaycan yəhudi icmasının “rəyini” ifadə edir və s. “Yəhudi Media Mərkəzinin direktoru” imzası ilə birlikdə bu, icma liderlərindən birinin çıxış etdiyi təəssüratını yaradır.
Sayt yazır ki, Nəsimi Əbilov Azərbaycandakı yəhudilər adından hətta Azərbaycan Prezidenti İlham Əliyevə məktub da ünvanlayıb. Dövlət başçısının rəsmi saytına göndərilən 3 may 2020-ci il tarixli məktubda Nəsimi Əbilov koronavirus pandemiyasına qarşı mübarizədə görülən tədbirlərə görə prezidentə təşəkkür edib. Və altından bu cür imza qoyub:
“Sumqayıt şəhər yəhudi icmasının təsisçisi”. Lakin o, təsisçi deyil.

Azərbaycanda, əlbəttə ki, heç kimə yeni icmalar açmaq qadağan edilmir. Burada 40-a yaxın qeyri-müsəlman birliyi var. Və Sumqayıtda da vaxtilə, 2004-cü ildə yerli yəhudi icması yaradılıb. Əvvəlcə o, Bakı Aşkenazi Yəhudiləri İcmasının “filialı” olub, 2009-cu ildə formal müstəqillik qazanıb, 2024-cü ildə isə yenidən qeydiyyatdan keçib. İsraildəki “amutot”lar (QHT) kimi, bu cür icmaların qeydiyyatı üçün də bir neçə nəfər lazımdır. Nəsimi Əbilov sadəcə onun qeydiyyat şəhadətnaməsinə yazılmış on təsisçidən biridir. Yəni ən yaxşı halda o, çoxlu həmtəsisçilərdən biridir. Sumqayıt İcmasının rəhbəri və Bakı Aşkenazi Yəhudiləri İcmasının sədr müavini Yevgeni Brenneysonun bildirdiyinə görə, son illərdə Nəsimi e1Əbilov yalnız icma tədbirlərində iştirak edib — lakin onların heç birini maliyyələşdirməyib və heç birinin təşəbbüskarı olmayıb. Vəsaitləri Bakı icması, şəxsən Brenneyson öz şəxsi vəsaitindən və 20 ildən çox əvvəl bu icmanı təsis etmiş ravvin Mendel Leyster ayırır.

Avqustun 31-də Respublika rəhbərinin saytındakı həmin məktub silinib.

Sayt yazır ki, Nəsimi Əbilovun bu müraciəti zərərsiz bir özünübəyənmə deyildi:

“2025-ci ildə icmalara Azərbaycan yəhudilərindən şikayətlər daxil olmağa başladı. İnsanlar iddia edirdilər ki, Ajmedia saytında onlar haqqında dərc olunan yazılar gerçəkliyi əks etdirmir. Bəzi yəhudi xadimlərini əsassız olaraq hakimiyyətin əleyhdarı kimi göstərməyə çalışırdılar və s. O zaman Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski və Bakı Sefard Yəhudiləri Dini İcmasının rəhbəri ravvin Zamir İsayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər. Xahiş ediblər ki, bu “media mərkəzi”nin onların icmalarına heç bir dəxli olmamasını və saytdakı, sosial şəbəkələrindəki materialların onların mövqeyini ifadə etmədiyi nəzərə alınsın.

Bundan az sonra məhkəmə prosesi başladı və domen sahibindən qeydiyyat tələblərini pozduğuna görə saytı bağlamaq tələb olundu. Onun əməkdaşlarının özlərini “Azərbaycan KİV-i” kimi təqdim etməyə hüquqları yox idi. “İsrail KİV-nin nümayəndələri” kimi də: İsrail Hökumətinin Mətbuat Bürosunda (LAAM) nə Ajmedia.info saytı, nə də onun əməkdaşlarından hər hansı biri qeydiyyata alınmayıb. Bu səbəbdən məhkəmə bu resursun bağlanması barədə qərar çıxardı.

AJMedia.info domen adının sahibi Tariel Abdullayev məhkəməyə bildirib ki, onun da resursla heç bir əlaqəsi yoxdur, internet ünvanından isə Nəsimi adlı başqa bir şəxs istifadə edir.
Tariel Abdullayev məhkəmənin qərarını yerinə yetirdi, saytı bağladı. Lakin sonrqdan Nəsimi Əbilov bir başqa ünvan alıb və Ajmedia.info əvəzinə Ajmedia.news olaraq fəaliyyətini davam etdirib”.

Sayt Azərbaycanda yəhudi kimliyi ilə ortalığa çıxan Kazım Abbasov – “David Seliverstov” haqda da yazır:

“Bir qədər əvvəl Azərbaycanda başqa bir şəxsin, “David Seliverstov” adlı kəsin ifşası ilə bağlı qalmaqal qopub. Məlum oldu ki, onun adı tamamilə başqadır – Kazım Abbasov. O, Azərbaycan parlamentinin deputatı Anatoliy Rafailovun yaxın adamı olub. “David Seliverstov” haqqında ifşaedici yazılar Musavat.com və Haqqin.baz nəşrlərində işıq üzü görüb.
Jurnalistlərin bildirdiyinə görə, Kazım Abbasov özgə adı altında hətta İsrail Prezidenti İsxak Hertsog ilə görüşə keçməyə cəhd edib, lakin bu cəhd baş tutmayıb — İsrail mühafizəsi onun qarşısını alıb. Həmçinin Abbasov-“Silvestrov” İsraildə bu yaxınlarda “Likud”da praymerizdə namizədliyini irəli sürmüş Pavel İlizarovun rəhbərlik etdiyi Qafqazdan olanların QHT-nin nümayəndəsi olduğunu iddia edirdi.

Bu da Əbilovun vaxtilə öz sosial şəbəkələrində yaydığı fotoşəkil: o, burada Abbasovla birlikdə təsvir olunub. Şəkildəki üçüncü şəxs – Milli Məclisin deputatı Rafailovdur. “Böyük yəhudi KİV-nin sahibi”, “icma təsisçisi” və s. bu kimi “status” Əbilova bir çox məmurlarla görüşməyə, hökumət tədbirlərində iştirak etməyə, habelə qəribə tələblər irəli sürməyə şərait yaradır: məsələn, o, dövlətin icmalara ayırdığı vəsaitlərin istifadəsində “daha böyük şəffaflıq” tələb edib.

Doğrudan da, Azərbaycan Respublikasının hakimiyyəti ölkədəki hər üç yəhudi icmasına — xristian və digər qeyri-müsəlman birliklərinə olduğu kimi – maliyyə köməyi göstərir.

Təsadüfi deyil ki, bu gün bir çoxları bu ölkəni tolerantlıq və mehriban qonşuluq nümunəsi adlandırır. “Bizim dövlət tərəfindən böyük dəstəyimiz var. Şükürlər olsun ki, özəl sponsorlar da var, digər yəhudi təşkilatları da müəyyən layihələri dəstəkləyərək çox kömək edirlər – lakin məhz dövlət dəstəyi yəhudi proqramlarının qorunub saxlanmasını təmin edir. Vəsaitlər Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılır”, – deyə ravvin Zamir İsayev verdiyi müsahibədə bildirmişdi. 2026-cı ilin avqust ayında Azərbaycan yəhudilərinin liderləri buna yenidən reaksiya verməli oldular. Onlar Prezident Əliyevə hərtərəfli dəstəyə və ölkədə yəhudilər və yəhudi həyatı üçün yaradılan ümumi əlverişli şəraitə görə təşəkkür etdikləri yeni bəyanat yaydılar. Onların 31 avqust tarixli bəyanatını Azərbaycanın qeydiyyatdan keçmiş və qanunun bütün tələblərinə uyğun fəaliyyət göstərən həqiqi yəhudi xəbər portalı olan “Jnews.az” sitat gətirir.

Təəssüf ki, Sumqayıt “tərəfdaşlığına” mənsubluq bütün Azərbaycan icmalarından hesabat tələb etməyə imkan vermir. Üstəlik, onların hamısı vergi və digər qurumlar qarşısında hesabatlıdır və yoxlanılır. Beləliklə, onların fəaliyyəti “qeyri-şəffaf” ola bilməz. Lakin Nəsimi Əbilovun saytının və sosial şəbəkələrin Azərbaycan dilində də yaydığı bu mövzuda nəşrlər yəhudilərin üzərinə kölgə sala, qonşuların onlara daha pis baxmasına rəvac verə bilər. Sanki yerli yəhudilərə Qideon Saardan gələn “etiraf” azlıq edirdi – bu arada, İsrail nazirinin Bakıya səfəri zamanı Nəsimi Əbilov onunla da görüşməyi bacarmışdı.

İcma rəhbərlərinin yaydığı yeni birgə bəyanatda “son günlər özünü “Azərbaycan Yəhudi Media Mərkəzi” kimi təqdim edən struktura məxsus “AJMedia” xəbər portalında ölkənin yəhudi dini icmalarının fəaliyyəti haqqında həqiqətə uyğun olmayan məlumatların dərc olunmasından” təəssüf ifadə edilir. Bəyanatda vurğulanır ki, hər hansı media strukturunun yəhudi dini icmaları adından çıxış etməsi, icmaların rəsmi mövqeyinə istinad etmədən onların mövqeyini təqdim etməsi, onların adından ictimai rəy formalaşdırmaq cəhdləri yolverilməzdir. “Azərbaycanın yəhudi dini icmaları “AJMedia”nı öz informasiya resursu kimi tanımır, onu heç bir formada dəstəkləmir və bəyan edir ki, bu resursda dərc olunan rəylər icmaların mövqeyini əks etdirmir”, – sənəddən sitat.

Azərbaycanın yəhudi birliklərində hesab edirlər ki, söhbət Azərbaycan və İsrail arasında son illərdə baş verən strateji yaxınlaşmadan, eləcə də ənənəvi Azərbaycan tolerantlığından öz maraqları üçün – iki xalq və ölkə arasındakı mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək üsullarla – istifadə etmək cəhdlərindən gedə bilər. Lakin indi Media İnkişafı Agentliyi xatırlatdı ki, bu saytın fəaliyyəti qanunsuz hesab edilib. Beləliklə, görünür, tezliklə bu əhvalata da nöqtə qoyulacaq”.

Previous Post

Misirdə sərnişin avtobusu qəzası: Çoxsaylı ölü və yaralı var

Next Post

Azad edilmiş ərazilərdə i​​​​​​ndiyədək 300 min ha minadan təmizlənib

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47

Erkən nikah gənclərin təhsilinə, sağlamlığına və gələcək həyatına ciddi təsir göstərən sosial problemlərdən biridir. Bu nikahlar ailələrin sosial və psixoloji...

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u gündüzdən 10-u axşamadək arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

08 Oktyabr 2026 - 17:26

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Yasamal Rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib. Elchi.az...

Next Post
Qarabağın minalardan təmizlənməsi üçün 75 milyon manata yaxın vəsait ayrıldı

Azad edilmiş ərazilərdə i​​​​​​ndiyədək 300 min ha minadan təmizlənib

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.