İsrail müdafiə naziri Benyamin Qans gələn həftə Ankarada türkiyəli həmkarı Hülusi Akarla görüşəcək.
Elchi.az Haaretz-ə istinadən xəbər verir ki, bu, iki ölkənin müdafiə nazirləri səviyyəsində son 10 ildə ilk görüşdür.
Xatırladaq ki, Oktyabrın 3-də isə B.Qans Azərbaycana səfər etmiş, Prezident İlham Əliyev , müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşlər keçirmişdi. Səfərin məqsədə və nəticələri qonşu paytaxtlarda hələ də müzakirə olunur. Ankara səfəri o nəticələrdən biridir.
Şəlalə