Elchi.az xəbər verir ki, Fələstinin mədəniyyət naziri Atif Əbu Seyf bildirib ki, İsrail blokadada olan Qəzza zolağına hərtərəfli hücumları çərçivəsində monqolların Bağdadda muzeyləri dağıdıb talamaqda etdiklərini belə üstələyib.
İsrail ordusunun Qəzza zolağında Fələstin mədəni irsini dağıdıb talan etməsini 1948-ci ildə Nəkbə dövrünə bənzədən Fələstin Mədəniyyət Naziri Atif Əbu Seyf, “Fələstinliləri kimliyindən və tarixindən, eləcə də onların şəxsiyyətindən ayırmağı planlaşdıran İsrail onların torpaqları, hətta 1258-ci ildə Bağdad basqını zamanı monqolların vəhşiliyini də üstələyib.
Əslən Qəzzadan olan Əbu Seyf İsrailin mülki şəxsləri hədəfə aldığı hücumlarda 130 ailə üzvünü və yaxınlarını itirdiyini bildirib.
İsrailin hücumları başladığı 7 oktyabr 2023-cü ildə Qəzza zolağında olduğunu bildirən Əbu Seyf, işğal altındakı İordan çayının qərb sahilinə yalnız bir neçə həftə əvvəl qayıda bildiyini bildirib.
Şayəstə Hüseynova