Fransa prezidenti Emmanuel Makron açıqlamasında HƏMAS-ın saxladığı israilli girovları məhkum edilmiş fələstinli terrorçularla eyniləşdirərək mənəvi korluğu seçib.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun müşaviri Dmitri Gendelman özünün Teleqram kanalında Fransa liderini bunda ittiham edib.
“Fransa prezidenti hamını azad et deyəndə və şəhərlərimizin küçələrini qana bulayanları da daxil edərkən, o, əsl girovların azad edilməsi üçün istənilən sövdələşmənin əsasını faktiki olaraq məhv edir. O, HƏMAS-a masadakı təkliflərdən imtina etmək üçün əsas verdi və onun şantajını artırır”, – o vurğulayıb.
Onun sözlərinə görə, günahsız vətəndaşlar və müharibə cinayətkarlarının eyniləşdirilməsi bəyanatı birbaşa olaraq danışıqlara maneə və terrorçulara hədiyyə olur.
Bundan əvvəl İsrailin ədliyyə naziri Yariv Levin bildirmişdi ki, Fransa prezidentinin Fələstini tanımaq qərarı respublikanın tarixində qara ləkə olacaq. Bundan əlavə, Paris birbaşa terrora dəstək verəcəkdi. O, İsrail torpağının israillilərə məxsus olduğunu və Makronun açıqlamalarının buna heç bir təsir etməyəcəyini vurğulayıb.
Yeganə


















