İsrail ordusu Livanın şərqindəki Hermel bölgəsinə və Baalbek şəhərinin Lebve şəhəri ətrafına 8 hava zərbəsi endirib.
Elchi.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Hermel bölgəsi ətrafında 7 hava hücumu həyata keçirib. İsrail ordusu Baalbek şəhərinin Lebve şəhəri ətrafına da hava zərbələri endirib.
İsrail Ordusunun sözçüsü Aviçay Adraee, Amerikanın X şirkətinin sosial media hesabından verdiyi açıqlamada, İsrail ordusunun Livanın şərqindəki Beka vadisində Hizbullahın Rıdvan Qüvvələrinin düşərgələrinə və silah anbarlarına hücum etdiyini iddia edib.
Adraee düşərgələrin İsrailə qarşı hücumları planlaşdırmaq və hazırlamaq üçün istifadə edildiyini iddia edib və hücumların davam edəcəyi ilə hədələyib.
Nuranə Məmmədova






















Son şərhlər