İsrail hakimiyyəti İranda hakimiyyət dəyişikliyinə can atır və ölkənin tamamilə məhv olmasını istəmir.
Elchi.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti İsrailin əməliyyatı ilə bağlı məlumatlı mənbəyə istinadən yazıb.
Nəşrin mənbəsinin sözlərinə görə, İsrailin məqsədi dəyişməz olaraq qalır: “İranı tamamilə məhv etmək yox, rejim dəyişikliyini təmin etməkdsir”.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vuruldu. Ağ Ev hücumu Tehrandan gəldiyi iddia edilən raket və nüvə təhlükələri ilə əsaslandırıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki hədəflərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hədəfləri də vurulub. İrana endirilən zərbələr Ali Rəhbər Ayətullah Əli Xamenei və İslam Respublikası rəhbərliyinin bir neçə əsas simasını öldürüb.
Yeganə





















