İsrail ordusu İrandan göndərildiyini iddia etdiyi 2 pilotsuz uçuş aparatını (PUA) axşam saatlarında ölkə sərhədlərinə çatmadan vurduğunu iddia edib.
Elchi.az xəbər verir ki, ordudan edilən açıqlamada İrandan göndərildiyi düşünülən İHA-ların ölkə hava sahəsinə girmədən əvvəl ələ keçirildiyi iddia edilib.
İsrail ordusu radiosu onların atəşkəs qüvvəyə minməzdən əvvəl səhər saatlarında İranın cavab olaraq atdığı ballistik raketlərlə eyni vaxtda göndərilmiş ola biləcəyini bildirib.
Şayəstə Hüseynova


















