İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 4 fələstinlini yaralayıb, 13 fələstinlini isə həbs edib.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi olan WAFA-nın xəbərinə görə,İsrail qüvvələri Yerixoda Aqaba Cəbr qaçqın düşərgəsinə basqın edib.
Basqın zamanı İsrail qüvvələri tərəfindən həqiqi güllə ilə vurulan bir fələstinli xəstəxanaya aparılıb.
Yaralı fələstinliyə müdaxilə etmək istəyən ilk yardım qruplarına bir müddət mane olan İsrail qüvvələri, qaçqın düşərgəsində 3-ü eyni ailədən olan 5 fələstinlini nəzarətə götürüb.
Nuranə Məmmədova