İsrail bir gecədə HƏMAS-ın 750 obyektini vurdu

🗓 13.10.2023 10:04 ✍️ "Elçi" qəzeti
İsrail bir gecədə HƏMAS-ın 750 obyektini vurdu
İsrail ordusu gecə ərzində HƏMAS liderlərinin iqamətgahları da daxil olmaqla, 750 hərbi obyektə zərbələr endirib. Elchi.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. “Gecə ərzində İsrail ordusu 750 hərbi obyektə, o cümlədən HƏMAS-ın yeraltı tunellərinə, hərbi birləşmə və postlarına, hərbi komandanlıq mərkəzləri kimi istifadə edilən yüksək rütbəli döyüşçülərin iqamətgahlarına, silah anbarlarına və rabitə məntəqələrinə zərbələr endirib”, - məlumatda qeyd olunub.

Bənzər yazılar