İsrail qüvvələri HƏMAS ilə son əsir mübadiləsi çərçivəsində azad edilən fələstinli gənci işğal altındakı İordan çayının qərb sahilində yenidən saxlayıb.
Elchi.az xəbər verir ki, Fələstin Əsirlər Dərnəyindən verilən yazılı açıqlamaya görə, İsrail qüvvələri İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhəri yaxınlığında yerləşən Biyr əl-Başa qəsəbəsinə basqın edib.
Qəsəbədəki fələstinli Həsən ailəsinin evinə basqın edən İsrail əsgərləri 18 yaşlı fələstinli Əhməd Vəlid Həsəni yenidən saxlayıb.
2022-ci il sentyabrın 10-da İsrail hərbçiləri tərəfindən saxlanılan və 3 il həbs cəzası alan Həsən 2023-cü ilin noyabrında İsrail və HƏMAS arasında əsir mübadiləsi çərçivəsində azad edilib.
Şayəstə Hüseynova