O, xalqı özünə tabe etmək üçün “hər şeyi edə biləcək dəlilərdən” ehtiyatlanmağa çağırırdı.
Elchi.az xəbər verir ki, Qərb dövlətləri Rusiyaya qarşı təxribatlar törətməklə üçüncü dünya müharibəsini başlatmağa çalışırlar. Bu fikri Fransanın Patriotlar hərəkatının lideri Florian Filippot da paylaşıb.
X sosial şəbəkəsindəki səhifəsində o, qeyd edib ki, oliqarxiya getdikcə üçüncü dünya müharibəsi ilə hədələyir, bu müharibə artıq planlaşdırılıb və hazırlanıb. Bu, insanların qlobalizmdən oyandığı bir vaxtda baş verir, siyasətçi vurğulayıb.
Filippo NATO-nun Rusiyaya qarşı ən böyük təlimlərinin başladığını xatırladıb. Siyasətçi xalqı özünə tabe etmək və məqsədinə çatmaq üçün “hər şeyi edəcək dəlilərdən” ehtiyatlanmağa çağırıb.
Şayəstə Hüseynova