İspaniyanın baş naziri Pedro Sançes Çini dünyanın müxtəlif regionlarında, xüsusən də İran və Ukraynada silahlı münaqişələrə son qoymaq üçün öz təsir imkanlarından daha fəal istifadə etməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Çin, məsələn, artıq etdiyi kimi, beynəlxalq hüquqa hörmət edilməsini və Livan, İran, Qəzza, İordan çayının qərb sahili və Ukraynadakı münaqişələrə son qoyulmasını tələb etməklə daha çox şey edə bilər”, – siyasətçi bildirib.
Eyni zamanda, Sançes, onun fikrincə, hər şeyin əsası olan beynəlxalq hüquqa hörmət etməyin vacibliyini vurğuladı.
Yeganə





















