İspaniyanın baş naziri Pedro Sançes fevralın 23-də Kiyevə gəlib. Bu barədə Echi.az TASS Krallığın Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir.
İspaniyanın baş nazirinin planları bir gün əvvəl, fevralın 22-də məlum olub. Bu səfərin Krallığın Nazirlər Kabinetinin rəsmi gündəliyinə daxil edilmədiyi dəqiqləşdirilib. Jurnalistlərin sözlərinə görə, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasının ildönümünə təsadüf edən səfər ən ciddi məxfilik şəraitində planlaşdırılıb.
Havar Şəfiyeva