Bundan başqa, həmkarlar ittifaqlarının hökumət qarşısında daha bir neçə tələbləri var.
İspaniyada ənənəvi 1 May nümayişləri çərçivəsində 70-dən çox etiraz aksiyası keçiriləcək. Aksiyaların əsas tələbi ölkədə əməkhaqlarının artırılmasıdır.
Elchi.az xəbər verir ki, “UGT vətəndaşları 70-dən çox nümayişdə iştirak etməyə çağırır. Onlar 1 May Beynəlxalq İşçilər Günündə ölkə daxilində keçiriləcək”, – həmkarlar ittifaqı (UGT) tvitter hesabında yazıb.
Aksiyanın əsas şüarı “əmək haqqının artırılması, qiymətlərin aşağı salınması və mənfəətin bölüşdürülməsi”dir. Həmkarlar ittifaqının nümayəndələri inflyasiya böhranını “şirkətlərin həddindən artıq mənfəəti” ilə əlaqələndirirlər. Bu etirazla əlaqədar vətəndaşlar işçilərin alıcılıq qabiliyyətinin itirilməsini yumşaltmaq istəyirlər.
Şayəstə Hüseynova