Baş nazir Pedro Sançes Madridin daha dörd Leopard tankı və zirehli transportyorunu Kiyevə təhvil verəcəyini açıqlayıb. Elchi.az xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenski ilə mətbuat konfransının yayımı siyasətçinin Facebook hesabında yerləşdirilib.
Bundan əvvəl İspaniya hökumətinin başçısı Kiyevə lazım olan qədər dəstək verəcəyini vəd edib. O, həmçinin Ukraynaya 55 milyon avro dəyərində yeni yardım paketini açıqlayıb. Sançezin sözlərinə görə, Aİ ölkələrinin ödəməli olacağı qiymətdən asılı olmayaraq, Ukraynaya dəstək davam edəcək.
Havar Şəfiyeva