Elchi.az xəbər verir ki, İspaniya Meteorologiya İnstitutu (Aemet) ölkədə 1961-ci ildən bəri ən isti və ən quraq aprel ayı olduğunu açıqlayıb.
Aemetin məlumatlarında, aprel ayında ölkədə orta temperaturun 14,9 olaraq təyin edildiyi və bunun “indiyə qədər qeydə alınan orta göstəricilərdən 3 dərəcə yüksək” olduğu bildirilib.
Aprel ayında ən yüksək gündüz hava temperaturunun normadan 4,7 dərəcə yuxarı təsbit edildiyinə dair məlumatı paylaşan Aemet, xüsusilə ölkənin cənubunda Andalus və Estremadura bölgələrində və cənub-şərqində hava istiliyinin normadan çox yüksək olduğunu qeyd edib.
Bildirilib ki, aprelin 27-də Kordoba hava limanında 38,8 dərəcə, Sevilyanın Moron de la Frontera rayonunda 37,4 dərəcə, Sevilya və Qranada hava limanlarında isə 36,9 dərəcə isti rekord həddə çatıb.
İspaniyada “aprel ayında yağıntılar da 1961-ci ildən bəri ən aşağı səviyyədə olub”.
Tarixinin ən quraq aprel aylarından birini keçirən İspaniyada keçən ay kvadrat metrə 14,2 litr yağıntı düşərək, 1991-2020-ci illər üçün təyin olunan aprel ayı ortalamasının yüzdə 22 altında olub.
Digər tərəfdən Aemet, iqlim dəyişikliyi səbəbiylə “bu həftə xüsusilə İspaniyanın sahil bölgələrində güclü yağış gözlənildiyi” xəbərdarlığını edib.
Nuranə Məmmədova