İsmayıllıda fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıb.
Bu barədə Elchi.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Agentlik əməkdaşları İsmayıllı şəhəri, Axundov küçəsində fəaliyyət göstərən “Buta Farm” MMC-yə məxsus aptekdə planlı yoxlama aparıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, rəflərin təmizliyinə nəzarətin zəif olduğu və üzərinin toz qatı ilə örtüldüyü, bir sıra bioloji aktiv qida məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan satışa çıxarıldığı müəyyən olunub.
Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və...





















Son şərhlər