İslandiyada baş nazir Katrin Yakobsdottir də daxil olmaqla on minlərlə qadın gender maaş fərqinə və gender əsaslı zorakılığa etiraz etmək üçün işləməkdən imtina edəcək.
Elchi.az xəbər verir ki, “Kvennafri” və ya “qadınların istirahət günü” adlı bugünkü aksiya qadınların daha çox işlədiyi sektorlara, məsələn, səhiyyə və təhsilə təsir edəcək.
Bu tətil İslandiyada 1975-ci ildən bəri ilk tam günlük qadın tətilidir.
Qadınlar və qeyri-binar şəxslər ev işləri də daxil olmaqla ödənişli və ödənişsiz işlərdən imtina etməyə dəvət olunurlar.
İslandiyanın baş naziri Jakobsdottir də tətilə qoşulacaq və mbl.is saytına verdiyi açıqlamada, “Kabinetimdəki bütün qadınların edəcəyini gözlədiyim kimi, bu gün işləməyəcəyəm” dedi. Jakobsdottir izah etdi ki, onun hökuməti qadınların üstünlük təşkil etdiyi peşələri kişilərin üstünlük təşkil etdiyi sahələrlə müqayisədə necə qiymətləndirdiyini araşdırır.
İslandiya Müəllimlər İttifaqının məlumatına görə, təhsil sisteminin bütün səviyyələrində çalışan müəllimlərin əksəriyyəti qadınlardır, o cümlədən uşaq bağçası müəllimlərinin 94 faizi. İslandiya Milli Universitet Xəstəxanasında çalışanların təxminən 80 faizi qadınlardır.
Şayəstə Hüseynova