“İslam Dövləti” qüvvələri İraqda yezidlərin yaşadığı kəndə hücum edib: 80 kişi öldürülüb, 100 qadın oğurlanıb
“İslam Dövləti” qüvvələri İraqın şimalında yezidlərin kompakt yaşadığı kəndə hücum edərək 80 kişini
amansızcasına qətlə yetirib, 100 qadını oğurlayıblar.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, yaşayış məntəqəsi Sincar dağ silsiləsindən 20 km aralıda yerləşir və uzun müddət silahlıların hücumuna məruz qalıb. Məlumata görə, oğurlanmış qadınlar silahlılar tərəfindən “İslam Dövləti”nin nəzarəti altında olan Mosul və Təl-Afar şəhərlərinə gətirilib.
İraq Kürdüstanın nümayəndəsi Hoşiyar Zibarinin “Röyters”ə bildirdiyinə görə, yezidlərin islamı qəbul etməkdən imtina etməsi kütləvi edama səbəb olub.