İŞİD daha bir amerikalı jurnalistin başını kəsdi (VİDEO)
“İraq İslam Şam Dövləti” terror təşkilatı Amerikanın “Time” nəşrinin müxbiri Stiven Sotloffun başının kəsildiyinin
əks olunduğu videogörüntüləri yayıb. Videoda başqa bir girovun da həyatı ilə bağlı hədələr səslənir. Söhbət Böyük Britaniya vətəndaşı Devid Heynsdən gedir. Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb.

Stiven Sotloff 2013-cü ilin avqustunda Liviyada girov götürülmüşdü.
Musavat.com-un “Huffington Post”a istinadən verdiyi məlumata görə, Ağ Tv jurnalistin edam edilməsi ilə bağlı videonu təsdiqləmir. Bunu Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.