İŞİD-dən Fransa hökumətinə qorxulu mesaj – Video

🗓 25.09.2014 00:33 ✍️ "Elçi" qəzeti
“Xilafətin əsgərləri” adlı təşkilat tərəfindən qaçırılan Fransa vətəndaşının öldürüldüyü xəbəri 1411581301yayılıb.    Axar.az xəbər verir ki, Herve Pierre Qordel adlı alpinistin edam görüntülərini yayan təşkilat Qərbi təhdid edib. “Fransa hökumətinə qanlı mesaj” adlı videoda Qordelin başı kəsilərək edam olunduğu əks olunub.   Edamdan əvvəl danışan fransız alpinist 1959-cu ildə Fransada doğulduğunu, 20 sentyabr 2014-cü ildə Əlcəzairə gəldiyini və bazar günündən bəri “Xilafətin əsgərləri” adlı təşkilatın girovu olduğunu bildirib.   Xatırladaq ki, Fransa Xarici İşlər Nazirliyi bir neçə gün öncə Fransa vətəndaşının Əlcəzairin şərqində itkin düşdüyünü açıqlamışdı. Bundan sonra İŞİD-ə bağlı olduğunu açıqlayan və özlərini “Xilafətin Əsgərləri” adlandıran qruplaşma Fransa vətəndaşını qaçırdığını elan etmişdi. “Xilafətin əsgərləri” Fransa vətəndaşının müqabilində Prezident Fransua Ollanddan 24 saat ərzində İŞİD-ə qarşı əməliyyatların dayandırılmasını, əks təqdirdə alpinistin öldürüləcəyi xəbərdarlığını etmişdi. Fransa Prezidenti Fransua Olland BMT-nin Baş assambleyasının 69-cu sesiyasındakı çıxışında bu qətli təsdiqləyib.

Bənzər yazılar