"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İşğalçı Ermənistan – Qərbin ərköyün “uşağı”

13 İyun 2015 - 09:28
in XƏBƏR LENTİ
FacebookVatsap

 İşğalçı Ermənistan - Qərbin ərköyün “uşağı”

Bunu da oxuyun

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Qarabağ probleminin ədalətli həlli yolunda daha bir fürsət yaranıb – Bakı fürsəti; təcavüzkara Rusiyanın münasibəti nəyin qarşılığında dəyişə bilər?..

 
Avropa Oyunları birbaşa və dolayısıyla Dağlıq Qarabağ məsələsini müəyyən dərəcədə də olsa, regional gündəmin ön sıralarına daşıyıb. Hər halda, münaqişənin həllində mühüm rıçaqları hələ də əlində saxlayan Rusiyanın prezidenti Vladimir Putinin oyunların açılış mərasiminə qatılmaq üçün Bakıya gəlməsi, prezidentlərin Bakı görüşlərində əsas müzakirə mövzularından biri kimi Dağlıq Qarabağ məsələsinin də nəzərdə tutulması, eyni vaxtda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Bakıya və İrəvana səfərə eləməsi nikbinliyi artırır.
Bir çox siyasi analitiklər Putinin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfərini bu xüsusda bir fürsət hesab edirlər. Məsələn, politoloq Elxan Şahinoğlu bu qənaətdədir. O, Bakı görüşlərində danışıqların üç əsas məsələ ətrafında olacağını bildirib: “Üç dövlətin lideri arasında regional mövzuları müzakirə etmək üçün yaxşı fürsət yaranıb. Liderlərin ikili və ya üçlü görüşündə müzakirə olunacaq əsas 3 sual budur: 1. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal faktının ortadan qaldırılması məqsədilə Ermənistana təsir etməyə hazırdırmı? 2. Bunun müqabilində Azərbaycan Kremlin istəyi ilə Avrasiya İqtisadi Birliyinə üzv olacaqmı? 3. Azərbaycan və Türkiyə Türkmənistan qazının Xəzərin dibi ilə Avropaya çatdırılması və çatdırılmaması məsələsində Rusiyanın maraqlarını nəzərə alacaqlarmı? Önəmli olan Qarabağdır, əgər Putin bu problemin həllində real addım atacaqsa, Azərbaycan və Türkiyə digər iki məsələdə Rusiyanın maraqlarını nəzərə almağa hazır olacaq”.  
 
***
Lakin hələ ki Putinin öz çantasında nə gətirdiyi məlum deyil. Ötənlərin təcrübəsindən çıxış eləsək, ifrat optimizmə qapılmağa dəymir əslində. Xüsusən də Putinin səfəri ərəfəsi Rusiya XİN-in rəsmisi Aleksandr Lukaşeviçin “Transxəzər” qaz kəməri ilə bağlı Azərbaycana ünvanlı qaz şantajı Qarabağla bağlı nikbinliyi faktiki, heçə endirir. Belə çıxır ki, Kreml başçısı Bakıya şərt eşitməyə yox, şərt irəli sürməyə gəlir.
Hər halda, əgər Putin Bakı danışıqlarının yekunu olaraq yenə Ermənistanı “sudan quru” çıxarsa, öz forpostunu işğalçı adlandırmasa, problemin həllini həmişəki kimi şablon şəkildə münaqişə tərəflərinin öz üzərinə atsa, deməli, Qarabağ danışıqlarının daha bir raundu nəticəsiz bitib, daha bir fürsət qaçırılıb – həm də elə Azərbaycanı qeyd-şərtsiz, Ermənistan kimi Avrasiya İqtisadi Birliyində gözləyən Rusiyanın özü üçün.
Məsələ də ondadır ki, Ermənistana münasibətdə “işğalçı” sözünün işlədilib-işlədilməməsi artıq çoxdan bir növ lakmus kağızına çevrilib. Söhbət ilk növbədə dünyanın böyük dövlətlərindən gedir. Çünki sirr deyil ki, Dağlıq Qarabağ kimi konfliktlərin nizamlanmasında beynəlxalq təşkilatlardan qat-qat çox fövqəldövlətlərin mövqeyi önəm daşıyır.
***
Sevindiricidir ki, “G 7-nin (”Böyük yeddillik” – ABŞ, Yaponiya, Almaniya, Britaniya, Fransa, Kanada və İtaliya) ötən bazar Almaniyada keçirilən son zirvə toplantısında liderlərin qəbul elədiyi yekun bəyanatda məhz belə bir mövqe də yer alıb. Orada deyilir: “Dünyada olan bir sıra böhranlar baxımından biz – ”Böyük yeddilik” dövlətləri olaraq azadlığın, suverenliyin və ərazi bütövlüyünün müdafiəsində birlikdə dayanmışıq. Biz bütün dövlətlərin suveren bərabərliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini müdafiə edən bütün səylərə güclü dəstək verəcəyik”.
Siyasi şərhçilərdən biri, REAL hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli hesab edir ki, “G 7″-nin ölkələrin ərazi bütövlüyü ilə bağlı verdiyi bu bəyanat Azərbaycan üçün unikal imkan yaradır. Sitat: ”Bütün dövlətlərin” və “bütün səylərə” ifadələri maraqlıdır. Əvvəllər belə demirdilər. Ukraynanı, Gürcüstanı və Moldovanı dəstəkləyəndə həmişə, müvafiq olaraq, Krımı, Abxaziyanı və Güney Osetiyanı, Dnestryanı bölgəni xüsusilə vurğulayırdılar. Bizə gələndə isə Qarabağın adını çəkmirdilər. İndi bundan sonra bu bəyanatda yazılmış “bütün dövlətlərin” ifadəsindən biz bərk yapışmalı və Qərb ölkələrinə onu davamlı xatırlatmalıyıq”.
Bu arada ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer Qarabağ məsələsində Azərbaycanın haqq işinə birbaşa dəxli olan və ikili standartlardan xəbər verən açıqlama ilə çıxış edib. Xanım diplomat bildirib ki, Krım Ukraynanın nəzarəti altına qayıtmayınca, Rusiyaya qarşı sanksiyalar götürülməyəcək. “Çünki ilhaq – beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır” – əlavə edib amerikalı diplomat.
***
Çox yaxşı. Bəs Ermənistana Dağlıq Qarabağı ilhaq etməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deyil? Öz qonşusu Azərbaycanın torpaqlarının 20%-ni işğal etdiyinə görə nə vaxt Ermənistana sanksiya tətbiq ediləcək? Yoxsa Azərbaycan BMT-nin suveren üzvü hesab edilmir?
Edilir əlbəttə ki. Di gəl, ikili standartlar, xristian amili və ya təəssübkeşliyi, üstəgəl də Ermənistanın Rusiyaya sığınması faktı postsovet məkanındakı ən böyük işğal faktını görməyə qlobal güclərə, ABŞ-a “mane olur”. Paradoks da ondadır ki, Rusiya Qərbin gözündə əbədi işğalçı ola-ola, təcavüzkar Ermənistan “ərköyün” və “şıltaq” uşaq qismindədir. Görəsən, niyə? Belə ikili standart vəziyyəti, yaxud ikili standart siyasəti nə qədər sürəcək?
Əsas sual da budur. Şübhəsiz ki, Qarabağ məsələsinin ədalətli həlli həm də Rusiyanın ona ənənəvi yanaşmadan əl çəkməsindən keçir. Moskva buna hazırdırmı və nə vaxt gedəcək? Azərbaycan Avrasiya Birliyinə üzvlüyə razılıq verəndən sonramı? 
***
İstisna deyil ki, bu qəbildən cavab gözləyən suallara Azərbaycan, Rusiya və Türkiyə  prezidentlərinin ikili və yaxud üçlü Bakı görüşlərindən sonra aydınlıq gəlsin, lap dəqiqi, konkret olaraq Rusiyaya bel bağlamağın mümkünlüyünə yəqinlik hasil edilsin.
Ermənistanda böyük müharibə xofu
Bakıda Avropa Oyunları başa çatdıqdan sonra nə olacaq? Bu məsələ erməni cəmiyyətini bərk narahat edir, xüsusilə də anaları, çünki son zamanlar onlar çox sayda övladlarını itiriblər. Ona görə də tez-tez etiraz mitinqlərinə çıxırlar.
ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin İrəvana səfərindən danışan “168 jam” qəzeti diplomatın radiostansiyalardan birində çıxışına diqqət yetirib. Uorlik bildirib ki, Qarabağda genişmiqyaslı müharibə başlasa, münaqişəni dinc yolla həll etmək mümkün olmayacaq. Qəzet bildirir ki, bu, əlbəttə, yenilik deyil. Yenilik odur ki, artıq həmsədrlər səviyyəsində genişmiqyaslı münaqişə barədə anons verilir.
Erməni ictimaiyyətini həm də Rusiya – Azərbaycan münasibətlərinin istiləşməsi, Putinin Bakıya səfəri çox narahat edir. Qonşu ölkə mətbuatı Rusiya ekspertlərinin çıxışlarına da yer verib. Onların fikrincə, indiki vəziyyətin dinc yolla həlli tapılmasa, müharibə qaçılmazdır. “168 jam”ın yazdığına görə, görünür, Uorlik İrəvana ona görə gəlib ki, Ermənistan hakimiyyətinə gözlənilən fəlakət barədə xəbərdarlıq etsin.
Bakı isə hesab edir ki, münaqişənin nizamlanmasının ləngiməsi gerçəkdən əməliyyatların gərginləşməsinə gətirə bilər. Çıxış yolu isə var və bunu Azərbaycan prezidenti İlham Əliyev də səsləndirib. “Çıxın evinizə gedin”, – deyə o, işğalçı Ermənistan ordusuna üz tutaraq bildirib.
Azərbaycan ordusunun gücünü öz üzərində hiss edən erməni ictimaiyyətində isə müəyyən barışıq təklifləri eşidilməkdədir. Məsələn, “Aravot” qəzeti Sorbonna Universitetinin professoru Armen Mutafyanla müsahibə dərc edib. O hesab edir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları Azərbaycana qaytarmaq lazımdır. Professorun fikrincə, bu, vəziyyətdən ən yaxşı çıxış yoludur.
Ən başlıcası odur ki, erməni siyasətçilər anlamalıdırlar ki, Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılması kimi sərsəm ideyadan birdəfəlik əl çəkilməlidir.
Previous Post

İşğalçı Ermənistan – Qərbin ərköyün “uşağı”

Next Post

Teleaparıcıların cəmiyyəti aşağılamasını necə durdurmalı?

Bənzər yazılar

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26

Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Elchi.az  "Reuters" agentliyinə...

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18

Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Böyük Britaniyanın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem malikanəsinin kənarındakı evində ölü tapılıb. Elchi.az "The...

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 97,35 % təşkil...

Next Post

Teleaparıcıların cəmiyyəti aşağılamasını necə durdurmalı?

Teleaparıcıların cəmiyyəti aşağılamasını necə durdurmalı?

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.