"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Teleaparıcıların cəmiyyəti aşağılamasını necə durdurmalı?

13 İyun 2015 - 09:53
in XƏBƏR LENTİ
FacebookVatsap

 Teleaparıcıların cəmiyyəti aşağılamasını necə durdurmalı?

Bunu da oxuyun

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Qulu Məhərrəmli: “Belə hallar ona görə yaşanır ki, efirə kimi gəldi buraxırlar”; Zeynal Məmmədli: “İctimai qınaq mexanizmi işləsə, belə hallar azalacaq”

Fazil Mustafa: “Bu, ancaq səviyyə və təhsillə bağlı məsələdir”

 
Son vaxtlar televiziyalarda aparıcıların cəmiyyəti, onun dəyərlərini təhqir etməsi halları artıb. Son olaraq da ANS telekanalında yayımlanan “İncə maraqlar” verilişində aparıcı Elnarə Təhməzovanın hicablı xanımlar haqqında işlətdiyi ifadə toplumun dini kəsimində qəzəb yaradıb. Aparıcı kanal rəhbərliyi tərəfindən efirdən kənarlaşdırılıb, üzr istəsə də təbii ki, bu çözüm deyil. Çünki hansısa aparıcını cəzalandırmaqla bunun qarşısı alınmır. 
Xatırladaq ki, az öncə ATV-nin aparıcısı Mətanət Əlverdiyeva Bakıda baş vermiş faciəli yanğınla bağlı işlətdiyi ifadələrlə cəmiyyətin qəzəbinə gəlmişdi. Bəs telekanallarda aparıcıların bu cür davranışının qarşısını necə almalı, bundan ötrü hansısa bir qurum və ya mexanizm yaradılmalıdırmı?

Professor, tele-tənqidçi Qulu Məhərrəmli bu cür halların baş vermə səbəbini efirə hazırlıqsız, efir və məişət danışığı arasında fərq qoymayan adamların buraxılması nəticəsində baş verdiyini dedi: “Televiziya yaradıcılığının əlifbası var. Efirə buraxılan adam səviyyəli və savadlı olmalıdır. Apardığı verilişin qaydalarını bilməlidir. Aparıcı üçün verilən şərtlərə, tələblərə cavab verməlidir. Bütün bu tələblərə cavab verən insan efirə buraxılmalıdır. Ona görə də xüsusi bir mexanizm axtarmağa ehtiyac yoxdur. Sadəcə, tələb olunan qaydalara, standartlara əməl etmək lazımdır. Bu hallar ona görə baş verir ki, efirə kimi gəldi buraxırlar. Efirə məsuliyyətsiz, hazırlıqsız, efir və məişət danışığı arasında fərq qoymayan adamları buraxırlar. Nəticədə də bu cür hallar meydana çıxır. Ona görə də bir az məsuliyyəti artırmaq lazımdır”.
Media mütəxəssisi Zeynal Məmmədli isə bu məsələyə cəmiyyət kontekstində baxmaq lazım olduğunu düşünür: “Baş verən bu cür hadisələrə sırf media, əyləncə kontekstində baxmaq lazım deyil. Buna bütövlükdə cəmiyyət kontekstində baxmaq lazımdır. Milli Məclisdə deputatlardan biri bilərəkdən və ya bilməyərəkdən ədəbsiz sözlər işlədir. Buna görə onu Milli Məclisdən çıxarırlarmı? Yox. Mən başa düşə bilmirəm ki, bizim media niyə aparıcıların bu cür hərəkətlərini ön plana çıxarır? Mediada önəmli olan məsələ aparıcının efirdən adamın gözünün içinə baxa-baxa yalan danışmasıdır. Media təbliğat vasitəsi kimi qalmalıdır. Elnarənin və ya digər aparıcıların nələrsə deməyi olub və həmişə də olacaq. İnkişaf etmiş cəmiyyətlərdə də bu baş verir. Demokratiyanın elə bir pilləsi var ki, müəyyən həddə çatana kimi sən kiminsə çay içməsinin marçıltısına da dözməlisən. Bu, aşağının yuxarıya dırmaşma cəmiyyətidir. Aşağının əxlaqı, davranışı, geyimi, düşüncəsi də yavaş-yavaş bişməlidir”.
 
Z. Məmmədliyə görə, ictimai qınaq mexanizmi işləsə, belə hallar azalacaq: “Müəyyən bir dövr və dözüm lazımdır. Bizim ictimai qınaq mexanizmimiz işləsə, peşəkarlığa qiymət verə bilsək və peşəkarlığın hansı özəlliklərinin nəzərdə tutulduğunu göz önünə gətirsək, beynimizə həkk etsək, görəcəyik ki, belə problemlər hərdən bir sensasiya kimi olacaq”.
Deputat Fazil Mustafa insanların efir məkanına bir bayağı vaxt keçirmə məsələsi kimi baxdığını dedi: “Cinayət hadisələri də bu cürdür. Kimisə cəzalandırırsan, amma yenə də cinayət hadisələrinin qarşısını almaq olmur. Yəni ortada insan amili varsa, istənilən vaxt bu cür hallar olacaq. Çalışmaq lazımdır ki, daha təhsilli və hazırlıqlı insanlar aparıcı qismində kurs keçərək daha ciddi şəkildə savadlanaraq efirə çıxsınlar. Çünki canlı yayımı idarə etmək asan deyil. Kənarda jarqonlarla, başqa üsullarla özlərini, fikirlərini ifadə etməyə öyrəşmiş insanlar efirdə tez-tez belə yanlışlıqlara yol verirlər. Bu, ölkədə ümumi olaraq bayağılıqla bağlı problemdir. Yəni insanlar artıq efir məkanına bir bayağı vaxt keçirmə məsələsi kimi baxırlar. Ona görə də tamaşaçının sadəcə olaraq bəsit bir zövqünü oxşamağa səy göstərir. O səbəbdən də ifadələri seçəndə elə bilir bəlkə bu sensasiyaya daha çox insan cəlb edəcək. Amma reallıq onu göstərir ki, bu, ancaq səviyyə və təhsillə bağlı olan məsələdir. Məsələn, elə aparıcılar var ki, bu qaydaları gözləyir və onlarda hansısa bir problem yaranmır. Problem çıxanların hamısı hiss olunur ki, bir az sensasiya yaratmaq istəyirlər. Ancaq elə yumor olur ki, bu çox sərt qarşılanır. Hər ifadə seçiminə nail olmaq üçün müəyyən təhsilə, bilgi baqajına sahib olmaq lazımdır. Düşünürəm ki, baş verən neqativ halların qarşısını almaq üçün  hansısa qurumun yaradılmasına ehtiyac yoxdur. Məsələyə cəmiyyət tərəfindən təpkilər artdıqca, hər halda, telekanallar da maraqlı olacaqlar ki, daha hazırlıqlı kadrların cəmiyyət qarşısına çıxarılmasını təmin etsin”.
Previous Post

Teleaparıcıların cəmiyyəti aşağılamasını necə durdurmalı?

Next Post

FHN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

Bənzər yazılar

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin...

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24

Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək....

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21

Müdafiə Nazirliyi ötənhəftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Elchi.az icmalı təqdim edir:    

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Next Post

FHN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

FHN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.