"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

İşçiləri Arif Əsgərovdan narazıdır: “Quru vədi övladıma necə yedirim?”

26 Yanvar 2015 - 16:25
in SOSİAL
FacebookVatsap

arif_esgerovv“Azərbaycan Dövlət Dəmir Yolları” ASC-dən (ADDY) dəmiryolçulara yenə vəd verdilər.

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Bu gün “Azərbaycan Dövlət Dəmir Yolları” ASC-nin bələdçiləri idarənin qarşısına toplaşaraq əmək haqlarının qaldırılmasını və bir neçə ay əvvəl irəli sürdükləri tələblərin yerinə yetirilməsini tələb etdilər.

“240 manat maaş almışıq. Bununla dolanmaq olar?!”

Bakı Vaqon Deposunda bələdçi işləyən Bəhram Əliyev virtualaz.org saytının müxbiri ilə söhbətində dedi ki, tələbləri əmək haqlarının yüksəldilməsi, 5 ay əvvəl ASC sədri Arif Əsgərovla görüşləri zamanı ona təqdim etdikləri tələblərinin yerinə yetirilməsidir.

“Arif Əsgərovla görüşdə tələblərimizi ona yazılı şəkildə vermişdik. 10 gün sonra müraciətimizin cavabını öyrənmək istədik. Dedilər ki, sizin verdiyiniz sənəd itib. Bu necə ola bilər?” – deyə B.Əliyev narazılığını dilə gətirdi.

Dəmiryolçuların tələblərindən biri də işdən haqsız yerə çıxarılan bələdçilərin geri qaytarılmasıdır. Tələblər arasında əmək haqqının saat tarifinin qaldırılması, idarəyə götürülən yeni qadın işçilərlə kişi işçilər arasındakı ayrı-seçkiliyə son qoyulması da yer alır.

Bələdçilərin ASC-yə qarşı qaldırdığı iddialara fevralın 16-da Ali Məhkəmədə baxılacaq.

 

B.Əliyev deyir ki, 2001-ci ildən onlara verilən ezamiyyət pulları da mənimsənilib: “Aldığımız maaş heç kommunal xərclərimizi ödəmir. 240 manat maaş almışıq. Bununla dolanmaq olarmı?!”

Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Dövlət Dəmir Yolları” ASC-yə yeni xanım işçilərin götürülməsi haqda xəbər vermişdik. İdarəyə xanım işçilər götürülərkən kişi bələdçilər işdən çıxarılıb. Lakin bir neçə xanım işçi qalıb.

“Bələdçilər qatarların təmiri üçün ciblərindən pul verib”

Onlardan biri də Təranə Hümbətovadır. O da maaşın azlığından və iş rejimlərində edilən dəyişikliklərdən narazıdır.

“1989-cu ildən “Azərbaycan Dövlət Dəmir Yolları” ASC-də işləyirəm. Ezamiyyət pullarımızı vermirlər. Ayda 7 reysə çıxmalıyıq. Ona da imkan vermirlər. Deyirlər reys təxirə salınıb, amma saat hesabına görə maaşlarınız çatacaq. Lakin 250 manat maaş verirlər.

Eyni işi görən yeni qadın işçilər 500-600 manat maaş alır. Bizi adam yerinə qoymurlar. Köhnə qatarlarda işləyirik. Bizim ailəmiz yoxdur? Bizi sıxışdırırlar ki, işdən özümüz çıxaq.

1997-ci ildə reyslər açılanda etiraz edən bu bələdçilər qatarların təmiri üçün ciblərindən pul veriblər. İndiki Sərnişinlər Birliyinin sədri o vaxtkı depo sədri Əliyar Muradov idi. Onlar bizim pullarımızla qatarları təmir etdiriblər. Sonra dövlətdən ayrılan pulları mənimsəyiblər. Bezmişik. Elə edirlər ki, camaat ölkədən çıxıb getsin. Bu qədər süründürməçilik olmaz” – deyə T.Hümbətova bildirir.

 

“1750 dollarımı mənimsədilər…”

“Azərbaycan Dövlət Dəmir Yolları” ASC-də 25 ilə yaxın işləyən və zorla təqaüdə çıxarılan Maarif İsayev də etiraz edən bələdçilərə qoşulub.

M.İsayev haqlarını tələb edən bələdçilərə haqq qazandıraraq özünün də qarşılaşdığı haqsızlıqları dilə gətirir: “1990-cı Bakı Vaqon Deposunda çalışıram. O zaman vaqonları Rusiyaya, Ukraynaya təmirə aparırdım.

1992-ci ildə Bakı Vaqon Deposunun sədri Əliyar Muradovun göstərişi ilə baş mühasib Məzahir Qurbanovla birlikdə ezamiyyət  pulum olan 1750 dollarımı mənimsədilər. O zaman Dəmir Yolu Prokurorluğu var idi. Ora şikayət edim. Sonra məcbur qalıb məni işə götürdülər. Ezamiyyət pulumu ala bilmədim.

Bir bəhanə axtarıb məni işdən çıxarmaq istəyirdilər. Yaşıma görə 2012-ci ildə təqaüdə çıxmışam. 2 illik müqavilə yazıb ərizə vermişdim. Amma bir il sonra işdən çıxarıldım. Məni yaşıma görə çıxarıblar. 64 yaşımda işdən çıxarılmışam. Hazırda idarədə yaşı 65-dən yuxarı olan 70-80 nəfər işləyir. Hamısı rəhbərlikdəki şəxslərin öz qohumlarıdır”.

M.İsayev deyir ki, ev növbəsindədir, amma onu da ala bilməyib: “Ezamiyyət pullarımızı, 13-cü əmək haqlarımızı ləğv ediblər. Bunlar özlərinə villaları, maşınları necə alırlar? İşçiləri müxtəlif bəhanələrlə işdən çıxarırlar. Guya onlar biletsiz sərnişin aparırlar, sərnişin şikayət edir ki, vaqonlar soyuq olur, onlara çay verilmir. Belə bəhanələrlə işçiləri qovurlar. Qatarlara verilən kömürlərin yarısı torpaqdır. Yazıq işçi nə etsin?!”

Təqaüddə olan dəmiryolçu deyir ki, şikayətlərdən sonra təqiblərə məruz qalırlar: “Şikayət edənləri təqib edirlər, sıxışdırırlar. Bununla bağlı ölkə başçısına, prokurorluğa, MTN-ə müraciət etmişəm. Elə edirlər ki, adam ölkədən qaçmaq istəyir. Sığınacaq ala bilsəm, çıxıb gedərəm”.

 

Bir neçə saat ADDY-nin qarşısında gözləyən narazı bələdçilərin şikayətlərinə verilən cavabı başqa bir bələdçi Veysəl Mustafayev gətirdi.

V.Mustafayev bu gün idarədə narazı bələdçilər adından şiakyətlərin dinlənilməsi üçün qəbul edilən 4 işçidən biri idi. Onlar idarənin Həmkarlar İttifaqının sədri Fəzail Bağırovla görüşmüşdü.

V.Mustafayevin gətirdiyi xəbər əvvəlkindən fərqlənmədi. Onlar idarədən yenə də quru vədlər verilmişdi.

“5 ay əvvəl sədrə tələblərimizi yazılı şəkildə təqdim etmişdik. Dedilər baxacağıq. Qadınlarla kişi işçilər arasında bu qədər fərq qoyulmamasını tələb edirik. Amma dedilər ki, bu məsələ ilə bağlı nəsə edə bilmərik və bu belə də olacaq. Maaşların da qalxmayacağını dedilər. 200-250 manat maaşla dolanmaq olmur. Bizə sadəcə olaraq vəd verirlər. Mən quru vədi övladlarıma necə yedirdə bilərəm? Nəyimə lazımdır quru vəd? Maaşımızı versinlər. Bizim kimi şikayətçi olan 270 nəfərə yaxın bələdçi var. Bizdən qara qul kimi istifadə edirlər” – deyə V.Mustafayev bildirdi.

Bələdiçilər etiraz etdikləri üçün polislər tərəfindən sıxışdırıldıqlarını da deyirlər.

V.Mustafayevin sözlərinə görə, polislər şikayət edən bələdçiləri tək-tək susdurmaq istəyir: “Üstümüzə polis salıb bizi susdurmaq istəyirlər. Bir-bir işçilərə təzyiq edirlər. Biz sivil qaydada haqqımızı tələb edirik. Özləri də bilirlər ki, bizim günahımız yoxdur. Cənab prezident deyir ki, ölkədə demokratiya və söz azadlığı var. Amma bu məmurlar imkan vermir ki, biz nəsə şikayət edək, sözümüzü deyək. Haqlı olduğumuzu bilirlər. Bizi susdurmağa çalışırlar”.

İlkin Muradov

Fotolar müəllifindir

Previous Post

İşçiləri Arif Əsgərovdan narazıdır: “Quru vədi övladıma necə yedirim?”

Next Post

Ann Brasör yenidən AŞ PA sədri seçildi

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post

Ann Brasör yenidən AŞ PA sədri seçildi

Ann Brasör yenidən AŞ PA sədri seçildi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

22 Oktyabr 2026 - 23:16
Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

22 Oktyabr 2026 - 23:14
Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

22 Oktyabr 2026 - 23:09
Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

22 Oktyabr 2026 - 23:07
Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

22 Oktyabr 2026 - 21:20
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

22 Oktyabr 2026 - 21:18
ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

22 Oktyabr 2026 - 21:16
Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

22 Oktyabr 2026 - 20:14
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

22 Oktyabr 2026 - 20:13
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

22 Oktyabr 2026 - 20:11
Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb

Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb

22 Oktyabr 2026 - 20:09
Çində 7 maqnitudalı zəlzələ olub

Çində 7 maqnitudalı zəlzələ olub

22 Oktyabr 2026 - 19:43
Kəmaləddin Heydərov yeni qərar imzaladı

Kəmaləddin Heydərov yeni qərar imzaladı

22 Oktyabr 2026 - 19:29
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

22 Oktyabr 2026 - 19:08
Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

22 Oktyabr 2026 - 18:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.