Bakı və İrəvan sülh sazişinin yalnız bir bəndi ilə bağlı razılıq əldə edib – bu, Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulmasıdır.
Elchi.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Sülh sazişinin digər bəndləri ilə bağlı heç bir dəqiq razılaşma yoxdur”, – o bildirib.
O, Qarabağ, sərhədin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması və humanitar məsələlərlə bağlı müzakirələrin davam etdiyini əlavə edib.
Qriqoryan vurğulayıb ki, bütün bu məsələlərlə bağlı Ermənistanın mövqeyi hər kəsə aydındır.
Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib
Professor Orsini: Ukraynanın Belarusa qarşı təcavüzü Zelenskinin sonu olacaq. Elchi.az xəbər verir ki, Ukraynanın Belarusa qarşı təcavüzü Prezident Volodimir Zelenski üçün pis...





















Son şərhlər