Təbrizin Şühəda xəstəxanasının ortoped rezidenti doktor Rza Rzazadə prokurorluğa çağırıldıqdan sonra saxlanılıb.
Elchi.az xəbər verir ki, dekabrın 7-da Təbrizin Ümumi və İnqilab Prokurorluğuna çağırılan Rza Rzazadə “sistemi və rəhbərliyi təhqir etmək” ittihamı ilə həbs edilib.
Girov qarşılığında müvəqqəti azadlığa buraxılması üçün ailəsinin müraciətləri nəticəsiz qalıb və təbrizli həkim Təbriz zindanına köçürülüb.
Qeyd edək ki, Rza Rzazadə bundan öncə Sistan-Bəlucistan əyalətinin Saravan şəhərində səhiyyə şəbəkəsinin rəhbəri kimi çalışıb.
iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi
Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...






















Son şərhlər