“İngilis madamlar” İraqda fahişəxanalar açaraq girov götürülən qadınları satır.
Bu iddia İngiltərə mətbuatında yer alıb. İnterpress.az xəbər verir ki, “ingilis madamlar” İraqda fahişəxanalar açaraq girov götürülən qadınları satır.
“Daily Mail”in yazdığına görə, ingilis madamlar qaçırılan minlərlə iraqlı qadınlarla dolu olan fahişəxanalar açıb. Həmçinin Suriyanın Rakka şəhərində qadın mücahidlərdən təşkil olunan “Əl Hansa” briqadası var ki, həmin briqadanın iştirakı ilə yezidilərdən 3 min qadın ələ keçirilib.
Həmin qadınların da İŞİD mücahidləri üçün fahişəxanalarda işlədildiyini vurğulayan qəzetin yazdığına görə, “Əl Hansa” dini polis funksiyasını da yerinə yetirir. Bu briqadaya ötən il İngiltərəni tərk edən 20 yaşlı Aqsa Mahmud rəhbərlik edir.