İraqda qədim Şumer mehmanxanası aşkar edilib

82

Arxeoloqlar qədim Laqaş şəhərinin yerində təxminən beş min illik mehmanxana aşkar ediblər.

Elchi.az CNN-ə istinadən xəbər verir ki, arxeoloqlar orada qədim Şumer yeməklərinin qalıqlarını, qida saxlama qabları tapıblar.

Mehmanxananın açıq havada yeməkxana və skamyalar, soba və qədim soyuducu olan otaqdan ibarət olduğu deyilir.

Qeyd edək ki, Laqaş, təxminən beş kvadrat kilometr ərazisi olan Mesopotamiyanın ən qədim və ən böyük şəhərlərindən biri idi. Şəhərin təxminən 4,9 min il əvvəl yarandığı güman edilir. Aşkar edilmiş mehmanxana alimlərin fərziyyəsini təsdiqləyir ki, o dövrlərdə cəmiyyət təkcə elita və qullara bölünmür, həm də müasir və orta təbəqədən ibarət idi.

Yeganə