İranlı qadın xizəkçi Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib.
Elchi.az xəbər verir ki, Əhmədi yanvarın 28-də verdiyi açıqlamasında Almaniyadan sığınacaq istədiyini bildirib.
22 yaşlı idmançı bir neçə gün əvvəl Fransada keçiriləcək dünya çempionatına hazırlaşmaq məqsədi ilə bu ölkəyə səfər etmişdi.
O, mühacirət səbəbinin İranda qadınlara qarşı təzyiqlər, ayrı-seçkiliklər və məcburi hicab qaydaları ilə əlaqəli olduğunu deyib.
Qeyd edək ki, Atifə Əhmədi 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında iştirak edən yeganə iranlı qadın idmançı olub.
Dünya çempionatının rəsmi açılış mərasimi baş tutub
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi baş tutub. Elchi.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan...






















Son şərhlər