İran İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Hüseyn Əli Cavdanfər qonşu Pakistanın Sistan və Bəlucistan əyalətində güllələnib. Elchi.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
“Cavadanfər inzibati ezamiyyətdən qayıdırdı. o, Xaş və Zahedan şəhərləri arasındakı magistral yolda güllələnib”, – nəşr qeyd edir.
Qeyd olunur ki, hazırda İran hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar.
Havar Şəfiyeva