“İranın “S-400“ə ehtiyacı yoxdur“ – Müdafiə naziri

77

İran PUA istehsalında yeni nailiyyətlər təqdim edəcək.

Elchi.az “Təsnim”ə istinadla xəbər verir ki, bunu müdafiə naziri Məhəmməd Rza Qərai Aştiani bildirib.

“İran son illər yeni silahlar istehsal edir. Söhbət 78 trilyon riallıq istehsaldan gedir. Xüsusilə, İranın yeni nəsil “Məcid” və “Mersad-16” çoxməqsədli zenit-raket kompleksi sınaqdan keçirilib. Bundan başqa, “Bavər 373″ sistemimiz var. Həmçinin, İran Müdafiə Nazirliyi uçuş məsafəsinin 1650 kilometrə çatan yeni “Paveh” qanadlı raketini xidmətə təhvil verib”, – o deyib.

Nazirin sözlərinə görə, əslində, İranın Rusiya istehsalı olan “S-400” sisteminə ehtiyacı yoxdur.