İranın Qum şəhərində 4 din xadimi bıçaqla hücuma məruz qalaraq yaralanıb.
Elchi.az Tasnim Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qum Sağlamlıq Elmləri Universitetindən yazılı açıqlama verilib.
Açıqlamada adı və vəzifəsi açıqlanmayan 4 din xadiminin şəxsiyyəti hələlik müəyyən edilməyən şəxslər tərəfindən bıçaqlandığı, xəstəxanaya çatdırılan yaralılardan ikisinin ambulator müalicə aldığı, müalicələrinin davam etdiyi paylaşılıb.
Hücumun səbəbi barədə məlumat verilməyib.
Paytaxt Tehranın cənubunda yerləşən Qum şəhəri İranda dini yerlərin və mədrəsələrin əksəriyyəti ilə seçilir.
Şayəstə