Qadınlar arasında Asiya kuboku-2022-nin seçmə mərhələsində keçirilən İordaniya – İran matçında qəribə hadisə baş verib.
Qol.az xəbər verir ki, İordaniya Futbol Federasiyası sözügedən maçtda iştirak edən İran millisinin qapıçısının qadın yox, kişi olduğu ilə bağlı FİFA-ya şikayət edib.
İnternetdə sözügedən qapıçının çadrasının başından açıldığı formada şəkili yayılıb.
Qeyd edək ki, İran millisinin qolkiperi 4:2 hesabı ilə qalib gəldikləri penaltilər seriyasında qurtarışları ilə yadda qalıb.