“İranın Səudiyyə Ərəbistanına hücum edəcəyi ilə bağlı xəbərlər yayılıb. Amerika Səudiyyədən neft qiymətlərinin aşağı düşürülməsi üçün neft ixracını artırmağı tələb etmişdi ki, Rusiyanın neftdən gələn gəlirləri azalsın. Səudiyyə isə bunu rədd edərək Rusiya ilə danışıqlar aparmış və Amerika Səudiyyə ilə olan bütün hərbi əməkdaşlıqlarını dayandırdığını elan etmişdi”.
Elchi.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Feysbuk hesabında qeyd edib.
Politoloq qeyd edib ki, İranın Qərblə əlbir olduğu öz təsdiqini tapır:
“Səudiyyənin artıq Amerikadan başqa kömək istəyəcəyi ölkə yoxdur. Tezliklə Amerikanın istəklərinə məcbur əməl edəcək.
Məsələ ondadır ki, İran Rusiyaya da kömək edirmiş kimi görünür. Dronlar verir, raketlərin də veriləcəyi deyilir. Qərb Rusiyanı Ukraynada uzunmüddətli münaqişəyə cəlb edib. Amma Rusiyanın müharibəni davam etdirmək üçün hərbi potensialı yox idi, artıq Ukrayna ordusu onu sıxışdırırdı. Qərb İran dronlarını Rusiyaya verməsini təşkil eyməklə onu hələlik bir müddət ayaqda saxladı, elə etdi ki, müharibədə nisbi tarazlıq yaransın. Bir müddətdən sonra ehtiyac yaranan kimi İran raketləri də Rusiyaya veriləcək ki, tərəflər bir-birilərini daha çox gücdən salsınlar.
İranın Səudiyyə ilə müharibə etməsi üçün heç bir səbəb yoxdur. Məsələ Səudiyyəni yenidən Qərbin qucağına itələməkdir. İran öz “rolunu” həmişəki kimi yaxşı oynayır. Eyni zamanda, Qərb İranın daxili iğtişaşlarının da bitdiyinə işarə edir, deməli, ölkədaxili hakimiyyət uğrunda mübarizədəki tərəflər öz mövqelərini dəqiqləşdiriblər”.
Yeganə