"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İranın ölkəmizə qarşı son təhdidləri… – QMİ bəyanat yaydı

29 Oktyabr 2022 - 10:56
in SİYASƏT
FacebookVatsap

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanın dini mərkəzi olaraq son vaxtlar ölkəmizə qarşı qonşu İrandan səsləndirilən təhdidedici iddia və bəyanatlar, xüsusilə də Azərbaycanla sərhəd boyunca həyata keçirilən hərbi təlimlərin doğurduğu narahatlıqla bağlı bəyanat yayıb.

Bunu da oxuyun

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib

ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

Elchi.az bəyanatın mətnini təqdim edir:

“Azərbaycan xalqı və dövləti öz qonşuları ilə sülh, qarşılıqlı anlaşma və hörmət üzərində qurulan münasibətləri vacib sayır və bu istiqamətdə bütün sahələrdə əlaqələri inkişaf etdirmək yönündə xoş məram və əməli addımlar nümayiş etdirir. 2020-ci il Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın bölgədə sülh və əməkdaşlıq naminə qonşuları ilə siyasi, iqtisadi əlaqələrini inkişaf etdirmək istəyi göz önündədir. Lakin təəssüflər olsun ki, Azərbaycanın xoş niyyətləri hər zaman lazımi qiymətləndirilmir, bəzi dövlətlər və siyasi dairələr tərəfindən aqressiv münasibət, qeyri-konstruktiv mövqe və açıq düşmənçilik meylləri ilə qarşılanır. Bu təəssüfdoğurucu hal qonşu İran dövləti ilə bağlı xüsusi xarakter daşıyır və haqlı narahatlıq doğurur. Azərbaycan dünyəvi hüquqi-demokratik dövlət olduğundan siyasi, iqtisadi məsələlərə dair mövqenin ifadə olunması dövlət rəsmilərinin vəzifə və məsuliyyətidir. İran müsəlman dövləti olduğundan teokratik İranın dini cameəsi, bir qayda olaraq, siyasi hadisələrə dair şərhlərlə çıxış edir. Azərbaycanın dini mərkəzi olaraq dini-mənəvi müstəvidə yaranmış reallıqlara münasibət bildirməyi özümüzə borc bilirik.

İran ilə Azərbaycanı bağlayan tarixi mənəvi dəyərlər arasında dini amilin xüsusi önəm kəsb etməsi əsrlər ərzində formalaşmış reallıqdır. Bu reallıq xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət etməlidir. Dost, qardaş dar gündə tanınar. Təəssüflər olsun ki, Azərbaycanın Qarabağ dərdi həllini tapana qədər, habelə tarixi ədalət öz yerini alandan sonra da İran dövlətinin münaqişə və müharibənin səbəbkarı olan Ermənistana münasibəti birmənalı şəkildə himayədarlıq səciyyəsi daşımışdır. Ermənilərin dünyada hər zaman xristian təəssübkeşliyindən yararlandığı məlum həqiqətdir, lakin müsəlman İranın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistana hərtərəfli dəstəyi müsəlmanlar, xalqımız tərəfindən qınanılır. Uzun illər ərzində əsl qardaş və dost kimi İslam həmrəyliyi mövqeyindən çıxış edərək təcavüzkar Ermənistanla siyasi, diplomatik əlaqələr qurmayan, səfirliyini açmayan, beynəlxalq təşkilatlarda işğalı pisləyən bəyanatlarla çıxış edən müsəlman ölkələrindən fərqli olaraq İİR Ermənistanla bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmiş, üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş müvafiq qərar və qətnamələrə məhəl qoymamışdır. Bu, islamı birlik və məzhəbi yaxınlıq amalları ilə bir araya sığmayan münasibət Azərbaycan dindarları tərəfindən qəbul olunmur, heysiyyatlarına toxunur.

Tarix hamımızın yadındadır. Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı, məscidlərimizi tövləyə çevirərək İslamda haram buyurulan heyvanlarla həqarət etdiyi zamanlarda, müsəlman Azərbaycan qadın, qoca və uşaqlarını qətliam etdiyi, Xocalıda soyqırım törətdiyi, milyona yaxın azərbaycanlını dədə-baba yurdundan məcburi çıxardığı, qaçqın həyatı yaşamağa məhkum etdiyi, torpaqlarımıza od vurub viran qoyduğu günlərdə İran dövləti bu vandalizm hallarına qarşı öz etirazını bildirmədi, erməni işğalını pisləyən hər hansı qəti bəyanat belə səsləndirmədi. Halbuki, Azərbaycan xalqı qonşu İran İslam Respublikasından bu faktların qınanılmasını, pislənilməsini gözləyirdi. Qarabağda və Qərbi Azərbaycan ərazilərində məscidlərimizi yerlə yeksan edən ermənilər dünyanın gözündə guya məscidlərə qayğı göstərən dövlət imici yaratmaq məqsədilə Şuşadakı Yuxarı Gövhərağa məscidinin və İrəvandakı Göy məscidin «bərpa» etdirərkən prosesi həyata keçirən İran şirkətləri məscidlərin azərbaycanlılara məxsusluq mənşəyini dəyişdirərək, əslində, ermənilərin vandal əməllərini malalaylblar.

Atalarımız gözəl deyib – uman yerdən küsərlər. Biz bütün bunlara rəğmən, İran ilə qonşuluq münasibətlərinin yüksək səviyyəsinin inkişaf etdirilməsini hər zaman vacib saymış, həm də orada yaşayan milyonlarla soydaşımızın taleyinə biganə qalmamışıq. Azərbaycan İslam dünyasının ayrılmaz parçası, İslam torpağıdır və bu torpaqların azad olunması yolunda minlərlə azərbaycanlı müsəlman şəhid olub. İran bu şəhidləri İslam şəhidi adlandırırdı, indi haqq yolunda canını fəda edənlərin qanına bais olanlara bəraət vermək müsəlman ölkəsinə yaraşarmı? İran dövləti müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış tərəfə silah, hərbi yardım söz verirsə, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirirsə, bu, Ermənistanı yenidən müharibəyə cəsarətləndirmək, revanşizmə kökləmək yönündə əməli addımdır və Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yolu ilə bağlı təhdidlər səsləndirən İran bu mürəkkəb dönəmdə Qafanda konsulluq açırsa, qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistanın Baş konsulluğunun açılışı üçün hazır olduqlarını bəyan edirsə, bu qətiyyən dost, qardaş addımı kimi dəyərləndirilə bilməz. Bu, İslam məfkurəsinə yaraşmayan hal, müsəlmanın öz müsəlman qardaşına arxadan zərbəsidir.

Bölgədə yeni reallıqlar, postmüharibə dövrü hökm sürdüyü bir vaxtda İranın Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı mənfi qarşılanır. Sual yaranır – İran kimi hədəf alır? Əhli-Beytə məhəbbəti hər zaman ucada olan, tarixən İmam övladlarının pənah gətirdiyi Azərbaycanımı? İran manevrlərdə Arazı necə adlayıb keçməyi planlayırsa biz bunu necə dəyərləndirməliyik? Budurmu İslami həmrəylik, şiə təəssübkeşliyi? Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi gücü bütün təhdidlərin, o cümlədən, sərhədlərimizdə hər hansı təxribat halının qarşısını almaq qüdrətindədir. Lakin yaxın qonşular, qardaşlar arasında qarşıdurma yalnız düşmənlərin işinə yarayar. Bəşər tarixində ən çox qınanılan ilk qan tökülməsi halının məhz qardaşın qardaş tərəfindən qətli – Habil-Qabil hadisəsinin olduğunu unutmayaq. Haqq iddiasında olan, «şirin quyruğuna» dair moizələr edən İranın ali ruhaniyyəti nədənsə ölkələrinin Azərbaycana hərbi təcavüz etmiş ermənilərlə canfəşanlıqla işbirliyinə dair, üzərində «Ya Hüseyn» yazılan top lülələrinin şiələrin əksəriyyət təşkil etdiyi müsəlman ölkəsini hədəf alması barədə mövqelərini ifadə etmir, bunun islamı dəyərlərlə nə qədər uzlaşdığına dair şərh vermirlər. Bu, Azərbaycan müsəlmanlarının islamı həmrəyliyə olan ümidlərini qırır, məyus edir. İslam dini bizi birləşdirən müqəddəs dəyərdir. Bundan sui-istifadə olunması, insanların həssas hissləri ilə məkrli manipulyasiya əlaqələrimizə yalnız xətər toxundura bilər. Haqlı, ədalətli Vətən mücadiləsində Zəfər çalmış Azərbaycan xalqının sevincini bölüşmək əvəzinə Cümə xütbələrində bizə qarşı yeni-yeni böhtan, iftira yağdıran İranın bəzi imam-cümələrinin fikirləri Azərbaycan dindarlarının əksəriyyəti tərəfindən birmənalı şəkildə mənfi qarşılanır.

Araz çayı hər iki tayında yaşayan azərbaycanlılar üçün müqəddəsdir. Onun üzərindən yalnız dostluq körpüləri qurula bilər. Azərbaycan Prezidenti İlham Əliyevin Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırarkən söylədiyi kimi: “Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir… Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Azərbaycan-İran sərhədi dostluq, əməkdaşlıq sərhədidir”.

Azərbaycanda din dövlətdən ayrıdır, biz məscidlərimizdə heç bir dövlətə qarşı hər hansı təbliğat aparmır, heç kəsin daxili işlərinə qarışmırıq. Lakin mənəvi həyatımıza qarşı, dövlətçiliyimizə qarşı hər hansı təhdid və qarayaxmaya göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir.

Qafqaz Müsəlmanları İdarəsi olaraq, İranın Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahianın Qafanda erməni baş konsulluğunun açılış mərasimində verdiyi açıqlamanı qətiyyətlə pisləyir, sözlərini geri götürməsini tələb edirik. Ümumislam mənafeləri naminə, İslam dininin sülh, qardaşlıq ideallarına hörmət əlaməti olaraq İran İslam Respublikası rəsmisinin təkzibi qonşu dövlətlərimiz arasında münasibətlərin qorunub saxlanılması və bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə bağların qırılmaması üçün zəruridir. Bu bizim üçün qırmızı xətdir. Azərbaycanın müsəlman dindarları məzhəbindən asılı olmayaraq daim dövlətçiliyimizə sadiqdirlər və dövlət mənafeyini, ölkəmizin suverenliyini qorumaq əzmindədirlər. 44 günlük Vətən müharibəsində dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bir yumruq kimi öz Ali Baş Komandanı İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı səfərbər olmağın nadir nümunəsini bütün dünyaya nümayiş etdirib və bunu təkrarlaya bilər. Azərbaycan dindarları hər zaman dövlət rəhbərimizi dəstəkləyirlər.

Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!”

Previous Post

İranın ölkəmizə qarşı son təhdidləri… – QMİ bəyanat yaydı

Next Post

Hərbi texnikalar payız-qış mövsümü istismar rejiminə keçdi

Bənzər yazılar

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

23 Sentyabr 2026 - 00:02

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və xarici ticarət naziri,...

Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib

22 Sentyabr 2026 - 23:41

Azərbaycan və Çex Respublikasının Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Elchi.az - a Azərbaycan XİN-dən məlumat...

ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

22 Sentyabr 2026 - 20:50

Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması üzərində işləməyə və hər iki tərəfin liderləri ilə əlaqə saxlamağa davam edir. Elchi.az xəbər verir...

Türkiyə Prezidenti Ermənistanla münasibətlərin normallaşması barədə danışıb

Türkiyə Prezidenti Ermənistanla münasibətlərin normallaşması barədə danışıb

22 Sentyabr 2026 - 20:48

Türkiyə və Ermənistan ikitərəfli münasibətlərin normallaşması prosesində irəliləyiş əldə edib. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib...

Next Post
Hərbi texnikalar payız-qış mövsümü istismar rejiminə keçdi

Hərbi texnikalar payız-qış mövsümü istismar rejiminə keçdi

Hərbi texnikalar payız-qış mövsümü istismar rejiminə keçdi

Hərbi texnikalar payız-qış mövsümü istismar rejiminə keçdi

Son xəbərlər

Bakı onuncu yubiley Formula-1 Qran-Prisini qəbul etməyə hazırlaşır

Bakı onuncu yubiley Formula-1 Qran-Prisini qəbul etməyə hazırlaşır

23 Sentyabr 2026 - 09:35
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

23 Sentyabr 2026 - 09:23
Qızıl və gümüş bahalaşdı

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

23 Sentyabr 2026 - 09:12
Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

23 Sentyabr 2026 - 00:02
Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib

22 Sentyabr 2026 - 23:41
Tovuz rayonuna dolu düşüb

Tovuz rayonuna dolu düşüb

22 Sentyabr 2026 - 23:37
“Adət-ənənə uşağın hüquqlarının pozulmasına bəraət qazandıra bilməz” – Ceyhun Məmmədov erkən nikahlarla bağlı çağırış etdi

“Adət-ənənə uşağın hüquqlarının pozulmasına bəraət qazandıra bilməz” – Ceyhun Məmmədov erkən nikahlarla bağlı çağırış etdi

22 Sentyabr 2026 - 21:39
ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb

ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb

22 Sentyabr 2026 - 20:51
ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

22 Sentyabr 2026 - 20:50
Türkiyə Prezidenti Ermənistanla münasibətlərin normallaşması barədə danışıb

Türkiyə Prezidenti Ermənistanla münasibətlərin normallaşması barədə danışıb

22 Sentyabr 2026 - 20:48
Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların 3 il uzadılması barədə razılığa gəliblər

Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların 3 il uzadılması barədə razılığa gəliblər

22 Sentyabr 2026 - 20:10
Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir

Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir

22 Sentyabr 2026 - 20:08
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

22 Sentyabr 2026 - 20:07
Tramp BMT-də Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

Tramp BMT-də Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

22 Sentyabr 2026 - 19:29
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır

İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır

22 Sentyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.