"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

İranın nüvə proqramı ətrafında kritik hadisələr

01 Mart 2015 - 22:16
in DÜNYA
FacebookVatsap

Dəhşətli müharibə necə əngəlləndi…

 

Bunu da oxuyun

Zelenski Türkiyəyə səfər edib

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

İranın nüvə proqramı ətrafında kritik hadisələrUkrayna böhranının və İŞİD terror qruplaşmasının arxa plana keçirdiyi, lakin bir vaxtlar dünyanın bir nömrəli problemi səviyyəsinə qədər yüksəlmiş İranın nüvə proqramı ətrafında gərgin proseslər gedir.

Virtualaz.org saytı nüfuzlu beynəlxalq KİV-lərə istinadən xəbər  verir ki, ABŞ-la İranın nüvə məsələsində anlaşmaya yaxınlaşdıqları bir vaxtda İsrail bu razılaşmanı əngəlləmək üçün regionu dəhşətli müharibəyə sürükləyəcək hərbi avantüraya hazır olub. ABŞ prezidentinin bu plandan xəbər tutaraq İsraili hərbi cavabla hədələməsindən sonra yəhudi dövlətinin rəhbərliyi geri çəkilib.

Son məlumatlara görə “Altılar” qrupu (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü+Almaniya) ilə İran arasında davam etməkdə olan danışıqlarda tərəflər razılaşmaya xeyli yaxınlaşıblar. Diplomatik mənbələrə əsasən İranla “Altılar” qrupu arasında Tehranın nüvə proqramlarına dair sövdələşmənin əsas prinsiplərinin danışıqların martın 5-də keçiriləcək növbəti raundunda əldə olunacağı bildirilir. Yekun razılaşmanın isə iyun ayına qədər əldə olunacağı haqda məlumatlar var.

Tərəflərin bir ildən çoxdur davam edən danışıqlarda nəticə əldə etməyə yaxın olduğu bir vaxtda əvvəldən Qərblə İran arasında anlaşmaya qarşı olan İsrail bütün mümkün rıçaqlarını işə salıb. Bu gün İsrail baş naziri Benyamin Netanyahu Birləşmiş Ştatlarla İran arasında nüvə sövdələşməsini pozmaq üçün Vaşinqtona işgüzar səfərə yola düşüb. İsrail hökumətinin rəhbəri Vaşinqtonda prezident Barak Obama ilə görüşəcəyi hələ məlum deyil, çünki Obama Netanyahunun Vaşinqtona səfərinə qarşı olduğunu onun nəzərinə çatdırıb. Ancaq İsrail baş nazirinin əsas hədəfi ABŞ-dakı yəhudi lobbisinin və Konqresin köməyi ilə İranla razılaşmanın əldə olunmasına mane olmaqdır. Ekspertlərə görə Netanyahu Vaşinqtona səfərində istənilən nəticəni əldə edə bilsə iki həftə sonra keçiriləcək seçkilərdə qələbəsini təmin etmiş olacaq.

Netanyahu martın 3-də Konqresdə çıxış edərək İranın nüvə proqramının İsrailə yaratdığı təhdidlər, gözlənilən razılaşmanın hansı ağır nəticələrə səbəb olacağı və prezident Barak Obamanın Tehranla dialoq kursunun yanlış olduğu barədə danışacaq. Netanyahunu Konqresdə çıxış etməyə Obamanın opponentləri-respublikaçılar dəvət ediblər. İsrail baş naziri həmçinin Amerika Yəhudi Milli Komitəsində çıxış edəcək və İranla gözlənilən nüvə anlaşmasının yəhudilərə qarşı hansı təhdidlər yaradacağı haqda danışacaq.

“Mən Vaşinqtona taleyüklü, hətta tarixi missiya ilə gedirəm. Özümü bütün yəhudi xalqının,  bütün İsrail vətəndaşlarının, o cümlədən mənimlə razılaşmayanların elçisi kimi hiss edirəm”-Netanyahu Vaşinqtona yola düşərkən bildirib. Baş nazir səfərə yola düşməzdən əvvəl Yerusəlimə gedərək yəhudilərin müqəddəs məkanı olan Ağlama divarı qarşısında ibadət edib. Netanyahu yəhudi ölkəsinin mövcudluğunun təhlükə qarşısında olduğunu deyib.

“Biz hazırda İran və “böyük dövlətlər” arasında formalaşdırılan razılaşmaya qətiyyətlə qarşıyıq. Bu razılaşma bizim mövcudluğumuzu təhlükə altına alır”-Netanyahu bildirib. Onun sözlərinə görə, Obamanın planı düşünülməmiş plandır, çünki bu razılaşma sayəsində İran praktiki olaraq nüvə nəhəngi statusu alacaq və qısa müddət ərzində atom silahına malik ola biləcək.

Qeyd etmək lazımdır ki, ABŞ-da İsrail baş nazirinin Vaşinqtona səfərindən heç də məmnun deyillər. İsrail rəhbərliyinin İranla Qərb arasında nüvə anlaşmasına mane olmaq səyləri Obama administrasiyası ilə Təl-Əviv arasında münasibətləri heç vaxt olmayan qədər korlayıb. Hətta iş o yerə çatıb ki, İsrail baş nazirini Vaşinqtonda yüksək səviyyədə qəbul etməyə hazırlaşmırlar. Dövlət katibi Con Kerri iş qrafikinin imkan vermədiyini əsas gətirərək İsrail baş naziri ilə görüş təyin etməyib. Dövlət katibi İrana danışıqların növbəti raunduna qatılmaq üçün Netanyahunun Vaşinqtonda olacağı günlərdə Cenevrəyə yola düşəcək. Nəticədə Netanyahu Vaşinqtona yol düşməzdən əvvəl Kerri ilə telefonla danışmalı olub. Danışıqların əsas mövzusu İranla nüvə anlaşması olsa da detallar barədə məlumat yoxdur.

Belə görünür ki, Obama administrasiyası İsrailin bütün kaprizlərinə baxmayaraq İranla nüvə problemini diplomatik yollarla həll edib Tehranla on illərdir kəsilmiş ikitərəfli münasibətləri bərpa etməyə hazırdır. Ağ Ev bildirib ki, prezident Konqresə İranla “altılar” qrupu arasında nüvə məsələsinə dair istənilən razılaşmanı ləğv etmək səlahiyyəti verən qanun layihəsini veto edəcək. “The Iran Nuclear Agreement Review Act” adlı qanun layihəsinə əsasən İranla istənilən razılaşma 5 gün ərzində Konqres tərəfindən təsdiqlənməsə qüvvədən düşəcək. Eyni zamanda razılaşma qüvvəyə minsə belə Obama 60 gün ərzində İrana qarşı sanksiyaları yumşalda, yaxu ləğv edə bilməz.

Danışıqlar isə elə də asan getmir. Əslində tərəflər yekun razılaşmanın əldə edilməsi üçün son müddət-2014-cü il noyabrın 23-nü müəyyən etmişdilər. Lakin həmin tarixə qədər razılaşma əldə etmək mümkün olmadı və tərəflər daha bir neçə ay danışıqlar aparmağa qərar verdilər. ABŞ administrasiyasının yüksək rütbəli nümayəndələri deyirlər ki, İranın nüvə proqramına dair razılaşmanın şərtləri Tehrana nüvə silahı hazırlamağa imkan verəcək zəruri materialları əldə etməyi qadağan etməlidir.

Həmçinin ABŞ İranın Arak nüvə reaktorunda silah təyinatlı plutoniumun istehsalını istisna etməyə, Fordo nüvə mərkəzində uranın zənginləşdirilməsi proqramını dayandırmağa, Natanz nüvə mərkəzində işləyən sentrifuqların sayını xeyli azaltmağa nail olmağa çalışır. Həmçinin ABŞ-ın şərtlərinə görə İran nüvə obyektləri üzərində sərt beynəlxalq nəzarətə də razı olmalıdır. Əgər İran bu şərtləri qəbul etsə beynəlxalq sanksiyalardan xilas olacaq. Ancaq ABŞ-ın şərti belədir ki, sanksiyalar mərhələlərlə götürülməlidir. Son məlumatlara görə danışıqlarda irəliləyiş var, ancaq proses olduqca çətin gedir.

Dövlət katibi Con Kerri ABC telekanalına müsahibəsində deyib ki, məsələni hərbi yolla həll etməyə çalışmaqdansa ən yaxşısı İranın nüvə probleminin dinc yolla həllini sınaqqdan keçirmək və bunun üçün bütün imkanlardan istifadə etməkdir. Bununla belə Kerri əlavə edib ki, o, İranla anlaşmanın əldə olunacağına təminat verə bilməz. Kerri optimist olduğunu deyib, çünki İran bəzi beynəlxalq sanksiyaların yumşaldılmasına cavab olaraq nüvə fəaliyyətini dondurmaq barədə öhdəliyinə əməl edir. Deməli tərəflər arasında etimad krediti yaranıb.

Əgər İsrail ABŞ-dakı yəhudi lobbisinin və respublikaçıların köməyi ilə İranla nüvə anlaşmasını poza bilsə bu, Obamanın xarici siyasətdə növbəti böyük uğursuzluğu ola biləcək. Ona görə də Obama bütün mümkün səyləri göstərir ki, İsrailin sərt müqavimətinə baxmayaraq bu məsələni həll etsin.

Eyni vaxtda bir neçə ərəb və İsrail qaynaqlarında yer alan məlumatlara görə hətta iş o yerə çatıb ki, prezident Obama İranın nüvə obyektlərinə zərbə endirmək üçün havaya qalxan İsrail təyyarələrinin Amerika Hərbi Hava Qüvvələri tərəfindən vurulub salınacağına dair xəbərdarlıq edib. Məlumatda deyilir ki, İsrail rəhbərliyi İranın nüvə obyektlərinə hava zərbələri endirməyə yaxın idi. Ancaq bu plan barədə Vaşinqtona məlum olan kimi prezident Obama sərt reaksiya verib və hərbi əməliyyatlar təxirə salınıb.

“Əl-Cəzirə” telekanalının xəbərinə əsasən İsrail baş naziri İranla “altılar” arasında hazırlanmaqda olan məxvi sövdələşmənin Tehran qarşı iqtisadi sanksiyaları tamamilə ləğv etməyi nəzərdə tutduğu haqda məlumat alan kimi təhlükəsizlik kabinetini toplayıb. Baş nazir müdafiə naziri Moşe Yalon və xarici işlər naziri Aviqdor Libermanın, habelə İsrail ordusunun yüksək rütbəli komandanlarının iştirakı ilə İranın nüvə obyektlərinə qarşı hava reydlərinə dair qərar qəbul edib.

Məlumata görə bu plana hazırlıq çərçivəsində İsrail təyyarələri İranın hava məkanında bir neçə sınaq uçuşu da keçiriblər və bu ölkənin hava hücumundan müdafiə sisteminin necə reaksiya verəcəyini yoxlayıblar. Qeyd olunur ki, İranın hava hücumundan müdafiə sistemi ölkənin hava məkanında düşmənin döyüş aviasiyasını görə bilməyib. Lakin planın bu mərhələsində “ABŞ prezidentinin administrasiyası ilə yaxşı əlaqələri olan”, ancaq adı açıqlanmayan İsrail naziri hazırlanan hücum əməliyyatı barədə dövlət katibi Con Kerrini məlumatlandırıb. Kerri təcili qaydada prezident Obamaya bu haqda məlumat verib. Bundan sonra Obama İsrail rəhbərliyi ilə təcili telefon əlaqəsi yaradaraq xəbərdarlıq edib ki, əgər İsrail təyyarələri İranın nüvə obyektlərinə zərbə endirmək üçün hava qalxsa Amerika aviasiyası tərəfindən vurulub salınacaq. Bundan sonra Netanyahu planı təxirə salmalı olub.

Heç bir şübhə yoxdur ki, İsrailin İranın nüvə obyektlərinə hava zərbələri endirməsi məcburən ABŞ-ın da qoşulacağı və ağlasığmaz nəticələrə gətirib çıxaracaq müharibəyə səbəb ola bilərdi…

Fərhad Məmmədov

Previous Post

İranın nüvə proqramı ətrafında kritik hadisələr

Next Post

Bolqarıstanda "gəlin bazarı" (FOTO)

Bənzər yazılar

Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib. Elchi.az xəbər verir ki, Volodimir Zelenski bu barədə sosial media hesabında məlumat yayıb. Zelenskinin...

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15

İran xarici işlər naziri Abbas Əraqçi Tehranın müharibə ehtimalını istisna etmədiyini və bütün ssenarilərə hazır olduğunu bildirib. Elchi.az xəbər verir...

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00

Polşa xarici işlər naziri Radoslav Sikorski Konstitusiya Məhkəməsi (KM) ətrafında baş verən hadisələri “xoşagəlməz, amma zəruri addım” kimi qiymətləndirib. Elchi.az...

Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13

Polşa Prezident Parlamentarilər Şurası axşam saatlarında təcili iclas keçirəcək. Elchi.az xəbər verir ki, bu barədə Parlamentarilər Şurasının sədri Marçin Xorala...

Next Post

Bolqarıstanda "gəlin bazarı" (FOTO)

Bolqarıstanda "gəlin bazarı" (FOTO)

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.