“İranın vurulan zərbələrdən qurtulması üçün 10 il vaxt lazımdır”.
Elchi.az xəbər verir ki, bu fikiləri ABŞ prezidenti Donald Tramp bildirib
“Çoxları deyir ki, bitdi. Amma mənim üçün bitməyib. İstədiyim zaman bitəcək. İstəmirik ki, bizim razılığımız olmadan kimisə o vəzifəyə (ali rəhbər) təyin etsinlər.
Biz istəmirik ki, heç bir ABŞ prezidenti 10 il ərzində bu problemlə üzləşsin və bununla bağlı nə edəcəyini bilməsin”.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olub. İran buna cavab olaraq İsrailə və ABŞ-ın bölgədəki hərbi bazalarına raket zərbələri endirib.
İsrail-ABŞ hücumunda İranın ali dini lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək rütbəli məmurlar da həlak olub. Martın 2-də Hizbullah da İsrailə qarşı müharibəyə girdi. İsrail hərəkata qarşı hücuma başladığını elan edərək Livanın cənubuna daxil oldu.
Yeganə





















