İranın “Aras” azad zonasının icraçı direktoru Məcid Kiani bildirib ki, İran prezidentinin fərmanının icrası çərçivəsində “Amiko” sənaye kompleksində avtomobil istehsalının həcmi 3 dəfə artıb.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə “ParsToday” yazır.
Kiani qeyd edib:
“Prezident ötən il “Amiko”ya səfəri zamanı bu kompleksin istehsal gücünün artırılması ilə bağlı göstəriş vermiş, “Aras” azad zonasının rəhbərliyinə yoldakı maneələri aradan qaldırmağı tapşırmışdı ki, gələn il avtomobil istehsalının həcmi daha da artsın”.
“Amiko”nun son statistikasına görə, kompleksdə 868 pikap və 552 yük maşını istehsal edilib. Kompleksin istehsal etdiyi avtomobillərin sayı təxminən üç dəfə artaraq 485-dən 1420-yə çatıb.
Yeganə