Tehran Ukraynadakı münaqişə tərəflərindən heç birini dəstəkləmir və həm Kiyevə, həm də Moskvaya silah göndərilməsini yanlış hesab edir.
Elchi.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyaya verilən PUA-larla bağlı açıqlamasında deyib.
“Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləmiz var. Amma biz müharibənin davam etməsinə səbəb olacaq tərəflərdən heç birini dəstəkləmirik. İstər Ukraynada, istər Yəməndə, istərsə də Fələstində istənilən müharibənin qəti əleyhinəyik. Biz həmçinin Ukraynada sülh və atəşkəsə nail olmaq səylərində iştirak etmişik”, – Abdullahian bildirib.
Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır
Cənubi Koreya Prezidenti Li Çe-myun (Lee Jae-myung) Ukraynanı iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığına görə...




















Son şərhlər