“Türkiyənin Şuşada konsulluq xidmətinin açılması prosesini ləngitmək olmaz”.
Elchi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Türkiyənin Şuşada konsulluq xidmətinin fəaliyyətə başlaması vacibdir. Ankara həmin günü səbirsizliklə gözləyir.
Ermənistandan və İrandan Qarabağa təhlükənin miqyası azalmayıb. Əlbəttə, güclü ordumuz təcavüzkarlara qarşı ayıqdır. Ancaq Azərbaycanı hədəfə almaq istəyənlər bilməlidirlər ki, Qarabağ istiqamətində bizə yenə də problem yaratmaq istəsələr qarşılarında Türkiyəni görəcəklər. Bu baxımdan Şuşada konsulluq xidməti Türkiyənin Qarabağda varlığını göstərən əsas amillərdən birinə çevrilməlidir. Bunu ləngitmək olmaz”, – ekspert bildirib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu gün jurnalistlərə açıqlamasında Türkiyənin Şuşada Baş Konsulluğunun açılacağını bildirib.
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. Elchi.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.





















Son şərhlər