İranın müharibəni dayandırmaq məqsədilə pakistanlı vasitəçilər vasitəsilə ABŞ-a son təklifini çatdırdığı bildirilir.
Elchi.az-ın xəbərinə görə, İran dövlət mediası Tehran tərəfindən hazırlanan son təklifin ABŞ tərəfinə göndərildiyini xəbər verib. Yeni təklifin dünən pakistanlı vasitəçilər vasitəsilə çatdırıldığı qeyd olunub.
Bildirilir ki, İranın göndərdiyi bu yeni təklif tərəflər arasındakı danışıqları yenidən canlandırmaq məqsədi daşıyır. Təklifin məzmunu barədə isə hələlik heç bir təfərrüat paylaşılmayıb.
Ötən ay ABŞ və İran arasında keçirilən birbaşa danışıqlarda heç bir irəliləyiş əldə olunmamışdı.
Pakistan, İran və ABŞ arasında vasitəçi rolunu oynamağa davam edir. İslamabad rəhbərliyinin tərəflər arasında təklif və mesajları çatdırdığı ifadə edilir.
Məryəm





















