İranın Şiraz şəhərində Şah-Çıraq məqbərəsinə hücum edən terrorçulardan biri tutulub.
Elchi.az xəbər verir ki, bunu ETTELAAT rəhbəri İsmayıl Xətib deyib.
“Şirazdakı silahlı hücumda iştirak edən terrorçu imam Zaman hərbi birləşməsi tərəfindən saxlanılıb”, – Xətib bildirib.
Qeyd edək ki, oktyabrın 26-da terrorçuların Şiraz şəhərindəki Şah-Çıraq məqbərəsində baş vermiş atışma zamanı 13 nəfər ölüb, 45 nəfər isə yaralanmışdı.
Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...





















Son şərhlər