"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

İranda vəziyyət qarışır: “İran baharı”, yoxsa…

22 Fevral 2017 - 10:00
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Qonşu ölkənin ərəblər yaşayan bölgəsində üsyan davam edir; politoloq: “Ola bilsin, burdakı ərəblərin fəallaşmasının arxasında xarici güclər dayanır”

Bunu da oxuyun

“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

İranın strateji olaraq ən əhəmiyyətli şəhərlərindən sayılan və böyük neft yataqlarının olduğu Ahvaz şəhərində İran rejiminə qarşı etiraz aksiyaları yeddinci gününü başa vurub. Bununla bağlı Publika.az saytının yaydığı xəbərdə deyilir ki, etiraz aksiyalarının sonuncu günündə İran İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) aid bir qərargah yandırılıb, onlarla inqilab gözətçisi insanlar tərəfindən döyülüb.
Etiraz aksiyaların genişlənməsi ilə əlaqədar bölgədə internet xətti kəsilib və valilik qarşısında aksiyalar qadağan edilib. Arabi21.com xəbər saytı təhlükəsizlik güclərinin aksiyalara müdaxilə nəticəsində Həsən əl-Bogbiş adlı bir nümayişçinin həyatını itirdiyini yazıb. İnqilab gözətçilərinin döyülməsindən sonra İran prezidenti Həsən Ruhani Ahvaz valisi və daxili işlər naziri ilə təcili toplantı keçirib.
Məlumata görə, İranın dini lideri Əli Xamneyi hökuməti təcili olaraq bölgədə keçirilən aksiyaların genişlənməməsi üçün tədbirlər görməyə çağırıb. İran İslam İnqilabı Keşikçilər Korpusu təhlükəsizlik məntəqələrinə yaxınlaşanların həbs olunacağını açıqlayıb. İranlı səlahiyyətlilər getdikcə genişlənən aksiyaların icazəsiz olduğunu bildirirlər. İran dövlət televiziyası isə səssizliyini qoruyub saxlayır.


Ahvaz şəhərinin daxil olduğu Xuzestan vilayəti İranın cənubi-qərbində yerləşir. Vilayət zəngin neft yataqları ilə strateji əhəmiyyətə sahibdir. Ahvaz Marundan sonra ölkənin ən böyük sahil nefti yatağı kimi tanınır. Xuzestan vilayəti İranın nüvə enerji mərkəzi olan Buşehrə yaxınlığı ilə də diqqət çəkir.
Ötən ay Ahvazda iki neft boru xəttində partlayış törədilib. Partlayışa görə məsuliyyəti “Ahvazın Azadlığı üçün Ərəb Mübarizə Hərəkatı” adlı qrup üzərinə götürüb. Qrup 2017-ci ildə əvvəlki illərlə müqayisədə daha aktiv olacağını açıqlayıb. Xuzestan vilayətindən 500 min -1 milyon ərəb mənşəli insanın yaşadığı bildirilir.
Qeyd edək ki, son qum fırtınasından sonra bölgədə elektrik və su nəqlində ciddi fasilələr yaranıb. Bu isə yerli əhalinin etirazına səbəb olub. Dünya Səhiyyə Təşkilatının 2015-ci ildə açıqladığı məlumata görə, Ahvaz dünyada ən çirkli havası olan şəhərdir. Bir milyon əhalisi olan şəhərin ətrafındakı neft müəssisələri yaratdığı çirkliliyə səlahiyyətlilərin laqeyd münasibəti xalqı partlama nöqtəsinə gətirib.

Bu arada İranın qonşu ölkələr, o cümlədən Türkiyə ilə də münasibətlərində gərginlik müşahidə olunur. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu fevralın 20-də jurnalistlərə açıqlamasında iranlı həmkarı Bəhram Qasiminin həmin gün Türkiyəyə qarşı səsləndirdiyi bəyanatına sərt reaksiya verib. İranlı həmkarının jurnalistlərlə görüşündə işlətdiyi “İranın Türkiyə qarşısında dözümünün həddi var” cümləsinə toxunan Hüseyn Müftüoğlu bildirib ki, İran konstruktiv addımlar atmalı, onu tənqid edən ölkələri ittiham etmək əvəzinə özünün bölgəsəl siyasətinə yenidən baxmalıdır: “Bölgədəki böhranlar səbəbi ilə ölkəsinə pənah gətirən insanları belə savaş meydanlarına göndərməkdən çəkinməyən bir ölkənin regiondakı gərginliyin və sabitsizliyin səbəbkarı olaraq başqalarını ittiham etməsini qəbul etmək və anlamaq mümkün deyil”.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi fevralın 20-də jurnalistlərə açıqlamasında Türkiyə qarşı sərt bəyanatlar səsləndirib: “Türkiyədəki uğursuz hərbi çevrilişdən sonra İran ən həssas bir zamanda bu ölkəyə dəstək verdi. Lakin bilmirik ki, onların sərgilədiyi bəzi mövqelərinə haqq qazandırmalıyıq, yoxsa ki, yox. Hazırda Türkiyədə nigaranlığa səbəb olan qeyri-sabit bir vəziyyət hakimdir. Bu ölkənin bəzi siyasətçiləri qabaqdan gəlmişlik edərək əsəbiyyət üzündən bəzi rəftarlar edir, bununla da öz daxili və xarici problemlərini ört-basdır etməyə çalışırlar. Ümid edirəm ki, Türkiyə rəsmiləri bundan sonra İranla bağlı səsləndirəcəkləri bəyanatlarda daha zəkavətlə davranacaq, bizi onlara cavab verməyə məcbur etməyəcəklər. Türkiyə qarşısında bir dözümlüyük və səbir edəcəyik. Lakin bu dözümün də bir həddi var”.


Fevralın 20-də isə Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekin İranın Xarici İşlər Nazirliyinə çağırılıb.İran xarici işlər nazirinin Asiya və Sakit Okean üzrə müavini İbrahim Rəhimpur tərəfindən nazirliyə çağırılan Türkiyə səfirinə, bu ölkə rəsmilərinin son günlər İranın bölgədəki rolu ilə bağlı səsləndirdiyi bəyanatlarına etiraz bildirilib.


Son zamanlar İrana qarşı koalisiyanın yaranması da diqqət çəkir. ABŞ-ın rəhbərlik etdiyi koalisiyada ərəb dövlətləri üstünlük təşkil edir. İrandakı üsyanın məhz ərəblərin yaşadığı bölgədə başlaması da şübhəli görünür. Bəzi müşahidəçilər “İran baharı”nın başladığı ehtimalını irəli sürür.


Politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a açıqlamasında hələlik belə qənaətə gəlməyin tez olduğunu vurğuladı: “Biz tələsə bilərik. Hər dəfə İranda oxşar hadisələr başlayanda deyirik ki, İranda növbəti inqilab başlayır. Ona görə də prosesləri bir qədər izləmək lazımdır. Ancaq o da ola bilər ki, İrandakı ərəblərin fəallaşmasının arxasında xarici güclər dayanır. İranda vəziyyətin ağırlaşdığı göz qabağındadır. Ancaq İranın mühafizəkar qanadı da həmişəki kimi güclüdür, onlar çalışacaqlar ki, növbəti fəallığı da yatırsınlar”

Image result for Elxan Şahinoğlu
E.Şahinoğlu qonşu ölkənin daxilində proseslərin sürətləndiyini də təsdiqlədi: “İran əhalisinin bir qismi islahatların dərinləşdirilməsini istəyir, mühafizəkarlar isə nəzarəti əldən vermək istəmirlər. Ancaq İranda iqtisadi və sosial vəziyyət də ağırdır. Bu mənada İranın çətinlikləri artır. Bu biri tərəfdən də İranda yaşayan azərbaycanlıların tələblərini artıq İran parlamentində gündəmə gətirməyə başlayıblar. İran tarixində parlamentdə Azərbaycan dilində şeir deyilməsi faktını xatırlamıram, ancaq indi onu da deyirlər, özü də şeirin müəllifi də Arazın bu tayındandır. Bu ərəfədə ABŞ-la İsrailin İran hakimiyyətini sərt tənqid atəşinə tutur. Əlbəttə, Amerika və İsrail İrana qarşı hərbi əməliyyata başlayan deyillər”.
Ancaq politoloq hesab edir ki, İran hakimiyyətinin tənqidi artdıqca bölgədə vəziyyət gərginləşə bilər: “İran yenidən qonşularında ”xainlərin” axtarışına çıxacaq. Tehran rəsmilər artıq Türkiyə prezident Rəcəb Təyyub Ərdoğanı da hədələyirlər. Görünür, İran hakimiyyəti xaricdə ümumi düşmən tapmaqla ölkə əhalisinin diqqətini daxili problemlərdən yayındırmaq istəyir”.

Previous Post

İranda vəziyyət qarışır: “İran baharı”, yoxsa…

Next Post

Ötən il Azercell uğurlu fəaliyyəti ilə seçilib

Bənzər yazılar

“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

29 Oktyabr 2026 - 13:17

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

28 Oktyabr 2026 - 20:30

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin...

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

28 Oktyabr 2026 - 11:51

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə "əla" münasibətlərə malik olduqlarını və bu ölkədən xeyli miqdarda neft idxal etdiklərini bildirərək, Venesuelanın...

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum...

Next Post

Ötən il Azercell uğurlu fəaliyyəti ilə seçilib

Ötən il Azercell uğurlu fəaliyyəti ilə seçilib

Son xəbərlər

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

29 Oktyabr 2026 - 14:44
Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

29 Oktyabr 2026 - 14:30
Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

29 Oktyabr 2026 - 14:14
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

29 Oktyabr 2026 - 14:13
Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

29 Oktyabr 2026 - 14:07
Vens Avropa ölkələrini parazitlikdə ittiham etdi

Vens Avropa ölkələrini parazitlikdə ittiham etdi

29 Oktyabr 2026 - 14:00
Azərbaycanda bankların birləşməsi davam edəcək

Azərbaycanda bankların birləşməsi davam edəcək

29 Oktyabr 2026 - 13:52
Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

29 Oktyabr 2026 - 13:43
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

29 Oktyabr 2026 - 13:30
Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

29 Oktyabr 2026 - 13:27
“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

29 Oktyabr 2026 - 13:17
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

29 Oktyabr 2026 - 13:16
Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

29 Oktyabr 2026 - 13:08
Kiyevlə Mask arasında “Starlink” gərginliyi: Nələr baş verir?

Kiyevlə Mask arasında “Starlink” gərginliyi: Nələr baş verir?

29 Oktyabr 2026 - 13:00
Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

29 Oktyabr 2026 - 12:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.