İranda Məhsa Əmininin həbsdə ölməsindən sonra başlayan etirazlarda zorakılıq davam edir. İranın Haş şəhərindəki nümayişlərdə ölənlərin sayı 16-ya çatıb.
Elchi.az xəbər verir ki, İranda sular sakit deyil. Məhsa Əmininin həbsdə ölməsindən sonra başlayan nümayişlər ölkənin hər yerində davam edir.
Sünnilərin çoxluq təşkil etdiyi Sistan-Bəlucistan əyalətinin Haş şəhərindəki nümayişlər qan içində olub.
Cümə namazından sonra keçirilən aksiyalarda təhlükəsizlik qüvvələrinin nümayişçilərə müdaxiləsi sərt olub. Hadisələrdə 16 nəfərin öldüyü açıqlanıb.
İki gün əvvəl İranın Kərəc şəhərində nümayişçilərlə polis arasında toqquşma baş verib, 2 nümayişçi ilə bir asayiş keşikçisi həyatını itirib.
Nümayişlər sentyabrın 17-də başlayıb
Sentyabrın 13-də Tehranda “əxlaq polisi” tərəfindən nəzarətə alınan 22 yaşlı Məhsa Əmini daha sonra xəstələnərək xəstəxanaya yerləşdirilib və sentyabrın 16-da dünyasını dəyişib.
Əmininin ölümü bütün ölkədə hiddət doğursa da, sentyabrın 17-də dəfn mərasimindən sonra başlayan nümayişlər ölkənin bir çox şəhərlərinə yayılıb.
Şayəstə