İrana gələn Niderland diplomatıdan “Starlink” modem və peyk telefonu müsadirə edilib.
Elchi.az xəbər verir ki, bu barədə “ISNA” məlumat yayıb.
Bildirilir ki, diplomatın çantası İranda hava limanında introskopdan keçirməməyi rədd etdiyi üçün müsadirə olunub. İlk diplomat çantanı götürdükdən sonra, onun həmkarı çantadakı “Starlink” modem və peyk telefonunun geri qaytarılmasını xahiş edib.
Agentlik xatırladıb ki, İranda “Starlink” terminallarına sahib olmaq qanunsuzdur və uzunmüddətli həbs cəzasına səbəb ola bilər.
Məryəm





















