İranda ötən sutka ərzində 54 nəfər koronavirusdan (COVID-19) ölüb.
Elchi.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 139971 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1382 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 714 8789 nəfərə çatıb.