İranın Semnan əyalətində arvadını öldürdüyünə görə mühakimə olunan və edam cəzasına məhkum edilən kişi xalqın gözü qarşısında edam edilib.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Semnan Ədliyyə İdarəsinin rəhbəri Məhəmməd Sadiq Əkbəri məsələ ilə bağlı məlumat verib.
Əkbəri deyib: “Arvadını boğaraq qəsdən öldürməkdə təqsirli bilinən kişiyə verilən qisas hökmü bu səhər Semnan şəhərində qurbanın qohumlarının xahişi ilə və bütün hüquqi prosedurlar başa çatdıqdan sonra ictimaiyyət qarşısında icra edilib.”
İran rəsmisi 2020-ci ildə baş verən hadisənin bir sağlamlıq mərkəzindən verilən xəbərdən sonra üzə çıxdığını, ekspert qruplarının apardığı müayinə və araşdırma nəticəsində sözügedən kişinin həyat yoldaşını qəsdən öldürdüyünün üzə çıxdığını bildirib.
Məryəm





















