İsrail ordusunun yeni hücum başlatdığını elan etməsindən sonra İranın paytaxtı Tehranda partlayışlar baş verib.
Elchi.az xəbər verir ki, səhər saatlarında döyüş təyyarələri Tehranın müxtəlif ərazilərini hədəfə alıb.
Bu arada, yerli media İsfahan şəhərində də partlayış səslərinin eşidildiyini bildirib, lakin şəhərin hansı ərazilərinin hədəfə alındığı barədə rəsmi açıqlama verilməyib.
ABŞ-İsrail İrana hücumları
İsrail və ABŞ Tehran və Vaşinqton administrasiyaları arasında danışıqların davam etdiyi bir vaxtda 28 fevralda İrana hərbi hücuma başlayıblar.
İran buna cavab olaraq ABŞ bazalarının yerləşdiyi İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla bəzi regional ölkələrdə müəyyən etdiyi hədəflərə hücum edib.
ABŞ-İsrail hücumlarında İran lideri Ayətullah Əli Xamenei və bir çox yüksək vəzifəli məmur öldürülüb.
İran Qırmızı Aypara Cəmiyyəti ölkəni hədəf alan bombardmanlarda 555 nəfərin həyatını itirdiyini və 747 nəfərin yaralandığını açıqlayıb.
Şayəstə





















