İranın “Zəfər 2” peykinin orbitə buraxılması ölkənin kosmik sənaye sektorunun ən mühüm nailiyyətlərindən biri hesab olunur.
Elchi.az bu barədə İRNA agentliyinə istinadən xəbər verir.
İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur “Milli Texnologiyalar Günü” münasibətilə etdiyi çıxışında İranın “Zəfər 2” peykinin gələn ilin birinci rübündə kosmosa göndəriləcəyini bildirib.
Xatırladaq ki, “Zəfər 1” peykinin orbitə çıxarılması təxminən 3 il əvvəl “Simerq” peyk operatorunun köməyi ilə baş tutsa da, lazımi sürət təmin olunmadığı üçün orbitdə qala bilməyib. Ona görə də İranın Rabitə Nazirliyi “Zəfər 2”-nin eyni sürətlə, lakin daha keyfiyyətli və daha çox xüsusiyyətləri ilə istehsal edildiyini açıqlayıb.
Yeganə